Bakı-Şamaxı yolunda təhlükəli vəziyyət yarandı
Bakı-Şamaxı avtomobil yolunun Bakı istiqamətində yerləşən hissələrindən birində asfalt örtüyündə çökmə baş verib.
Adalet.az xəbər verir ki, sürücülərin sözlərinə görə, hadisə Cəngi kəndi yaxınlığında qeydə alınıb. Bildirilir ki, yolun çökməsi sürücülər üçün həm hərəkətdə çətinlik yaradır, həm də təhlükə riski formalaşdırır. Vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verdiklərini qeyd ediblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, hadisə barədə məlumat daxil olan kimi əraziyə texnika və müvafiq əməkdaşlar göndərilib.
Onun sözlərinə görə, təhlükəsizliyi təmin etmək məqsədilə zədələnmiş hissədə təmir-bərpa işləri görülüb və nəqliyyatın hərəkəti qısa müddət ərzində təhlükəsiz şəkildə bərpa olunub. Hazırda isə yolun çökməsinə səbəb olan amillər araşdırılır.
Digər Xəbərlər
08 Avqust 2026 12:24
Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
08 Avqust 2026 10:48
Xocavənddə traktor MİNAYA DÜŞDÜ
07 Avqust 2026 20:52
Cəbrayıldakı yanğın söndürüldü
07 Avqust 2026 17:51
Bakı və Zəngilanda ağacların qanunsuz kəsilməsi aşkarlanıb
07 Avqust 2026 15:55
Bakıda obyektdəki yanğında 6 nəfər tüstüdən zəhərlənib
07 Avqust 2026 12:37
"Torqovı"da bina YANIR: Sakinlər təxliyə edildi - FOTO - VİDEO
07 Avqust 2026 11:39
Tərtərdəki hadisənin sirri açıldı - Ər-arvadı yandırıb evdəki pulu oğurlayıbmış
07 Avqust 2026 11:27


Bakı -°C

