“Polad Həşimov əsgərlərə səngərə girmək əmri verdi və bu an...”
“Ermənistanda 2018-ci ildə baş verən "Məxməri inqilab"dan sonra hakimiyyətə gələn Nikol Paşinyanın ilk aylarındakı sülhpərvər ritorikası tədricən öz yerini hücum konsepsiyasına verdi. 2019-cu il martın 29-da Vyanada Prezident İlham Əliyevlə görüşdən bir neçə saat sonra Ermənistan müdafiə naziri David Tonoyan Nyu-Yorkda "sülh müqabilində ərazilər" düsturunu "yeni müharibə – yeni ərazilər" formulu ilə əvəz etdiyini elan etdi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
O, bildirib ki, bu bəyanat növbəti bir ilyarımda pilləvari şəkildə gərginləşən münasibətlərin əsas dönüş nöqtələrindən biri oldu:
“Tonoyanın açıqladığı yeni doktrina daimi müdafiədən imtina edərək düşmən ərazisinə keçirilə bilən hücum bölmələrinin sayının artırılmasını nəzərdə tuturdu. Bu addımı 2019-cu ilin mayında Şuşanın işğalı ildönümündə Paşinyanın nümayişkaranə rəqsi, həmin ilin avqustunda Xankəndidə "Arsax Ermənistandır" bəyanatı və 2020-ci ilin martında Arayik Harutyunyanın andiçmə mərasimini Şuşada keçirməsi izlədi. Nəhayət, iyulun 2-də general-leytenant Vaqarşak Harutyunyanın Mingəçevir su anbarının vurulmasını hərbi konsepsiya kimi dilə gətirməsi münasibətləri tamamilə korladı”.
Politoloq deyib ki, bu ifadədən cəmi on gün sonra Tovuz ətrafında top-tüfəng səsləri eşidildi:
“Tovuz rayonunun Ermənistanla sərhəd kəndləri. Dağlıq relyef döyüşlərin xarakterini müəyyən edirdi. Beləliklə, Bakıda ictimai rəy Qarabağ danışıqlarının uzun sürən durğunluğundan bezərkən, Yerevan rəhbərliyi artıq təmas xəttindən kənarda – beynəlxalq dövlət sərhədi boyunca yeni bir cəbhə açmağa hazırlaşırdı. Döyüşlərin başlanmasından qısa müddət sonra münaqişənin səbəbləri barədə müxtəlif versiyalar irəli sürüldü. Qərb ekspertlərinin əksəriyyəti təşəbbüsün Azərbaycandan gəldiyini qərəzli qaydada iddia edirdilər. Hətta "Chatham House" təşkilatının Rusiya və Avrasiya üzrə mütəxəssisi Laurens Broers döyüşləri Azərbaycanın geosiyasi motivləri ilə izah etməyə çalışırdı. "Karnegi Avropa Fondu"nun baş elmi əməkdaşı Tomas de Vaal isə münaqişənin dondurulmuş formatının Bakı üçün əlverişsiz olduğunu, ona görə də status-kvonu pozmaqda Azərbaycanın daha çox maraqlı ola biləcəyini bildirirdi. (de Vaal, 2020).Lakin bu təhlillərin nəzərə almadığı ciddi nüanslar var idi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistanın beynəlxalq sərhədlərinə hücum bu təşkilatın bütün üzvləri ilə üz-üzə gəlmək demək idi; belə bir addım həm də beynəlxalq hüququn Azərbaycana tanıdığı legitim müdafiə prinsipinə kölgə sala bilərdi. Azərbaycanın regionda geniş hərbi əməliyyat niyyətinin olmadığını göstərən əsas faktlardan biri 2018-ci ilin dekabrından etibarən Ağstafa-Qazax istiqamətindəki təxminən 130 kilometrlik sərhəd zolağının 3-cü Ordu Korpusunun tabeliyindən çıxarılıb Dövlət Sərhəd Xidmətinə (DSX) verilməsi idi”.
Onun sözlərinə görə, ehtimal ki, erməni komandanlığı məhz bu yerdəyişmə səbəbindən 3-cü Ordu Korpusunun zəiflədiyini düşünərək əməliyyat istiqaməti olaraq Tovuzu seçdi:
“Ailəli olan generalın üç övladı yadigar qaldı. Onun şəxsiyyətini səciyyələndirən bir detal xüsusilə diqqət çəkirdi: kirayə mənzildə yaşamasına baxmayaraq, Həşimov həmin mənzili Aprel döyüşlərində şəhid olan bir hərbçinin ailəsinə bağışlamışdı. Polad Həşimovun şəhadəti onu İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra 1988-ci ildən başlayan Qarabağ müharibəsində həlak olan üçüncü Azərbaycan generalı, döyüş meydanında birbaşa döyüş zamanı itirilən yeganə general etdi. İyulun 15-də general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda yanaşı dəfn olundular. (memorial.az).Atılan üç artilleriya mərmisi Azərbaycan hərbçilərinin cəmləşdiyi mövqeyə düşdü. Bu zərbələr 3-cü Ordu Korpusu komandirinin müavini – qərargah rəisi, general-mayor Polad Həşimovun və korpusun artilleriya rəisi, polkovnik İlqar Mirzəyevin həyatına son qoydu. Həmin döyüşün şahidi olan leytenant Aqşin Əliyev o anları belə xatırlayır:"Düşmən mövqelərimizi atəşə tutan zaman general-mayor Polad Həşimov mənə və digər hərbçilərə səngərə girmək əmri verdi. Mən səngərə yenicə daxil olmuşdum. Bu zaman düşmən tərəfindən atılan mərmilər generalın və digər hərbi qulluqçularımızın olduğu yerə düşdü. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və gizir Yaşar Babayev gözlərimin qarşısında həlak oldu”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

