Balaca dovşan və sehrli kök
(nağıl)
Bir vaxtlar meşədə Pırtı adlı balaca dovşan yaşayırdı. O, çox şən idi, amma biraz səbirsizdi. Hər şeyin dərha lolmasını istəyirdi.
Bir gün nənəsi ona kiçik bir kök toxumu verdi.
–Bunu ək və qayğı göstər, –nənəsi dedi. –Vaxtı gələndə sənə gözəl bir hədiyyə verəcək.
Pırtı toxumu əkdi. Ertəsi gün qaçıb baxdı.
–Niyə hələ kök çıxmayıb?
O biri gün yenə baxdı.
–Hələ də heç nə yoxdur!
Bir neçə gün belə keçdi. Pırtı bezdi və dedi:
–Mən gözləyə bilmirəm!
Elə bu vaxt yaxınlıqdakı müdrik tısbağa ona yaxınlaşdı.
–Böyük şeylər əldə etmək üçün zəhmət və birazda səbir lazımdır, balaca dostum.
Pırtı tısbağanın sözünə qulaq asdı. Hər gün toxuma su verdi, torpağını yumşaltdı və səbirlə gözlədi.
Bir müddət sonra torpaqdan yaşıl yarpaqlar çıxdı. Pırtı sevincindən hoppanıb-düşdü. Günlər keçdi və yarpaqlar böyüdü. Nəhayət, kökü çıxarmaq vaxtı gəldi.
Pırtı kökü çəkdi, çəkdi, çəkdi... Birdən torpaqdan nəhəng bir kök çıxdı!
O qədər böyük idi ki, bütün meşə heyvanları toplaşıb ondan yemək hazırladı. Hamı doydu və şənlik etdi.
Pırtı həmin gün vacib bir şey öyrəndi – səbir etməklə gözəl nəticələrə nail olursan. Və o gündən sonra artıq heç nəyə tələsmirdi.
Zeynəb Əli Yaşa (Əliqızı)
Digər Xəbərlər
06 Avqust 2026 14:07
Əbülfət Mədətoğlu: Bir də mən...
06 Avqust 2026 10:58
“Müsəlman olmaqla ərəb millətçisi olmaq fərqli düşüncələrdir”
05 Avqust 2026 13:07
“Rəmiş” dastanı - Tural Cəfərov yazır
05 Avqust 2026 13:05
KƏRƏM VƏ ƏSLİ - Qafar Cəfərli yazır
05 Avqust 2026 12:08
BÜTÜN DİNLƏRİN VƏ FƏLSƏFƏNİN ORTAQ MƏFHUMU SEVGİDİR
05 Avqust 2026 11:32
Əbülfət Mədətoğlu: Dünənlə söhbətin ŞEİRİ
05 Avqust 2026 11:26
“Tarix istəyirdi ki, öz yalanı ilə muzeydə məni də xamlasın”
04 Avqust 2026 11:23


Bakı -°C

