Tramp: İran danışıqlara qayıtmasa, ABŞ hücumları davam etdirəcək
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında təmasların davam etdiyini, lakin İran tərəfi danışıqlara qayıtmasa, Ağ Evin İslam Respublikasına zərbələr endirmək niyyətində olduğunu bildirib.
Adalet.az "Fox News"a istinadən xəbər verir ki, Tramp ABŞ nümayəndələrinin iyulun 14-də İran tərəfi ilə təmasda olduğunu qeyd edib.
"Onlar sövdələşmə bağlamaq istəyirlər. Lakin hər dəfə sövdələşməni pozurlar", - Amerika lideri bildirib.
Onun sözlərinə görə, əgər Tehran danışıqları bərpa etməyə razılaşmasa, Amerika hərbçiləri İran ərazisinə zərbələr endirməyi davam etdirəcəklər, gələcəkdə isə enerji infrastrukturu, körpülər və elektrik stansiyaları da hücumlara məruz qala bilər.
Tramp həmçinin bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyatın əsas məqsədlərinə, o cümlədən ölkənin hərbi potensialının zəiflədilməsinə və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə artıq nail olub.
Bununla yanaşı o, İran obyektlərinə qarşı gələcək addımları istisna etmədiyini vurğulayıb, lakin quru əməliyyatının keçirilməsi və ya Xarq adasının ələ keçirilməsi imkanını şərh etməkdən imtina edib. ABŞ Prezidentinin sözlərinə görə, Vaşinqton Hörmüz boğazından yan keçməklə neft tədarükü üçün alternativ marşrutları da nəzərdən keçirir.
Digər Xəbərlər
15 Iyul 2026 09:08
Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günüdür
15 Iyul 2026 08:03
İran ordusu ABŞ-nin Bəhreyndəki donanmasını hədəf alıb
15 Iyul 2026 08:02
ABŞ-nin İrana endirdiyi yeni zərbələr dalğası başa çatıb - YENİLƏNİB
14 Iyul 2026 22:52


Bakı -°C

