DÇ-2026: İspaniya finalda! - YENİLƏNİB
Futbol üzrə dünya çempionatında İspaniya Fransanı məğlub edərək finala yüksələn ilk komanda olub.
Adalet.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar 2:0 hesablı qələbəyə seviniblər.
Qolları Mikel Oyarsabal (22) və Pedro Porro (58) vurublar.
İspaniya yığmasının həlledici mərhələdəki rəqibi İngiltərə - Argentina matçının qalibi olacaq. Fransa isə üçüncü yer uğrunda görüşdə sözügedən cütün məğlubu ilə üz-üzə gələcək.
***
Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyununda ikinci qol vurulub.
Adalet.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar hesabdakı üstünlüklərini möhkəmləndiriblər - 2:0.
58-ci dəqiqədə Pedro Porro fəqlənib.
***00:08
Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyununda ikinci hissə başlaıb.
Adalet.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar hesabda irəlidədirlər - 1:0.
22-ci dəqiqədə Mikel Oyarsabal penalti zərbəsini dəqiq yerinə yetirib.
14 iyul, 23:52
Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyununda ilk hissə bitib.
Adalet.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar hesabda irəlidədirlər - 1:0.
22-ci dəqiqədə Mikel Oyarsabal penalti zərbəsini dəqiq yerinə yetirib.
***23:25
Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyununda ilk qol vurulub.
Adalet.az-ın məlumatına görə, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar hesabda irəli çıxıblar - 1:0.
22-ci dəqiqədə Mikel Oyarsabal penalti zərbəsini dəqiq yerinə yetirib.
***23:00
Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyunu başlayıb.
Adalet.az-ın məlumatına görə, yarımfinal mərhələsinin matçı Dallas stadionunda keçirilir.
Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.


Bakı -°C

