SON DƏQİQƏ:

"Bəxtinizi bir daha sınayın..."

  15454   |  
Şriftin ölçüsü  

Lotoreyalar- sevimli xəstəlikdir, yoxsa şeytan əməli?..

 

Yəqin ki, sosial şəbəkələrdə tez-tez onlayn lotoreya elanları çıxır. Guya Azərbaycanda kimsə onlayn lotoreyada 100 min manat olub. Bəzən bu oyunlarda məşhur simaların iştirak edilməsi və yüksək əbləğdə pul udması iddia olunur. Bundan başqa internet ünvanınıza da tez-tez gələn mesajlarda bildirilir ki, adınız bir neçə seçilmiş şəxs arasında qalib olub və bir neçə yüz min dollar mükafat qazanmısınız. Bu pulun alınması müqabilində isə sənədləşmə işlərinə sizin bank hesabınıza transfer etmək üçün müəyyən miqdarda vəsaitin köçürülməsini tələb edirlər. Bu mesajlar müxtəlif adlarla- Yeni il Bayramı, Futbol üzrə Dünya Çempionatı, Facebook oyunları və s. yüzlərlə adlarla göndərilə bilər. Lotoreya nümünələrinə isə internet üzərində xeyli sayda rast gəlmək mümkündür. Sadəcə axtarış sistemlərində “Lottery scams” yazmağınız kifayət edir. Əgər hər hansı biriniz bu tip mesajlarla qarşılaşdınızsa, birmənalı olaraq gözardı etməyiniz tövsiyyə olunur.

Lotereya italyan sözü olub, bizim dildə "bəxt" miənasını verir. Mütəxəssislər demək olar ki, bütün Avropa dillərində kökü "lot" olan sözlər çox olsa da, bütün dünya əhalisi bu sözü başa düşür, həm sevir, həm də ona nifrət edir...

Lotereya püşk nəticəsində təsadüfən ortalığa çıxan nömrələrdən bəhrələnən qumar oyunudur. Avropada rəsmi rəqəmlər lotoreyanın 1466-cı ili göstərsə də, çox qədimlərə gedib çıxır. Çünki qumarın yaranışı dərrakəli insanla yəni, "homo-sapiens"lə bir vaxta düşüb desək, bəlkə də yanılmarıq. Çünki insan həmişə başqasını hər hansı vasitə ilə aldadıb əllindəkiləri alıb. Alimlərin fikrincə, qədim yunan mifiologiyasında lotoreya məsələsinə toxunulur. Miflərdə deyilir ki, Zefslə döyüşəcək döyüşçünü ayırd etmək üçün döyüşçülər qızıl dəbilqədəki daşları çəkirdilər.

Bibiliyada da püşk məsələsinə toxunulub: "Allah Musaya İsrail oğullarını saymağa və püşkə onların arasında İordanın səhralarında dolaşmaq vaxtlarını müəyyən etmək əmrini verdi".

Qədim Romada və Çində lotereyanın ilkin variantları barədə tarixi qaynaqlardan məlumat əldə etmək mümkündür. Məlumatlara görə, eramızdan 100 il əvvəl Çini idarə edən Xan sülaləsi "KENO" oyununu xatırladan lotereya təşkil edilib. Buradan əldə edilən vəsait ölkənin müdafiəsinə, həmsiinin Çin divarının hörülməsinə sərf olunub.

Eramızdan əvvəl Romada İmperator Avqustun göstərişi ilə ictimai lotoreyalar keçirilirdi. Buradan əldə edilən vəsait Romanın abadlaşdırılmasına, yolların, körpülərin çəkilməsinə, binaların təmirinə xərclənib. Bundan başqa, bayramlarda "plebey"lərə "xoşbəxtlik kağızları" paylanırdı.

 Azərbaycanda ilk rəsmi lotoreyalar Çar Rusiyasının dövrünə təsadüf edir. Kommunistlər hakimiyyəti zəbt edən kimi, 1918-ci ildə lotoreyanın burjuaziya qalığı elan edərək Xalq Komissarları Sovetiinin dekreti ilə ləğv ediblər. Lakin 1921-ci ildə onun keçirilməsinə yenilən icazə verilir.

SSRİ-də lotereyaların təşkili dövlətin inhisarında idi.  Lotoreyaları partiya, komsomol və həmkarlar ittifaqlarının aktivistlərinin arasında həvəsləndirici mükafat kimi yayırdılar. Ayda bir dəfə keçirilən lotoreyalarda uduşlar 30 qəpikdən başlayıb "Moskviç" və "Jiquli" avtomobilinə qədər qalxırdı...

Sovet lotereyaları tarixində ən məşhuru "Sportloto" idi. Bu lotoreyada böyük məbləğlər oynadığından əhali buna çox maraq göstərirdi. 20 il fəaliyyətdə olan "Sportloto" lotereyası 500 milyard rubl dövlətə gəlir verdi və 1980-ci ildə Moskva Olimpiadasının maliyyələşdirilməsində əhəmiyyətli rolu oynadı.

Bu gün Avropada uduş fondu 100 milyon avro ilə ölçülən lotoreyalar oynanılır. Bunlardan "EuroMillions", İtaliyanın "SuperEnalotto", İspaniyanın "El Gordo", "La Primitiva", Böyük Britaniyanın milli Lotereyası "U.K. National Lottery", Almaniyanın "Germany Lotto 6?49", Fransanın "France Loto"nu misal çəkə bilərik.

 

İnadkarlıq...

 

Uğur çox sürüşkən şeydir, hər kəsə onun quyruğundan tutmaq qismət olmur. Xüsusən də, söhbət böyük miqyaslı uğurdan gedirsə, iş daha da çətinləşir.

Xorvatiyanın Dubrovnik şəhərinin sakini sübut edib ki, uzun illər səbrlə gözlədikdən sonra uğur əldə etmək mümkündür. 30 yaşlı xorvatiyalı 30 il lotoreya oynayıb və nəhayət ki, uğur onun üzünə gülüb. O, 30 il ərzində o hər həftə lotoreya bileti alıb. Bu optimistin qəribə bir planı olub. 30 il ərzində, uğur qazanana qədər, o hər həftə lotoreya biletində eyni işarələri qeyd edib.

Kimin ağlına gələrdi ki, inadkar oyunçunun cəhdləri bir gün öz sözünü deyəcək. Heç yarım əsr keçməmiş, "Xorvatiya Lotoreyası"nın rəsmiləri onun kombinasiyasının uğur qazandığını deyiblər. Beləliklə, Dubrovnik sakininin 4 dollarlıq lotoreya bileti "Cek Pot" udub və 2.3 milyon dollar qazanıb. Doğrudur, onun bu illər ərzində lotoreya biletlərinə nə qədər pul xərcləməsi də heç kimə bəlli deyil...

Qərb mətbuatı yekdil şəkildə Dubrovnik sakinini dünyanın ən xoşbəxt adamı adlandırıb. Dubrovnik sakini etiraf edib ki, bütün bu illər ərzində dostları onun cəhdlərini boş vaxt itkisi adlandırırdı. Amma bu onu həvəsdən salmayıb və o yenə uzun illər boyu lotoreya biletində öz ailəsinin həyatındakı vacib günləri simvolizə edən şifrələri işarələməkdə davam edib.

Dünyanın ən xoşbəxt adamı lotoreyada qazandığı pulları da öz ailəsinin və yaxınlarının həyat şəraitini yaxşılaşdırmaq üçün istifadə edəcəyini deyib.

Lotoreya tarixindən ən şanslı qalib isə Rumıniya sakini Mandeldir. 14 dəfə çek-pot udan Mandel bütün qazanclarını sadəcə bəxtinə borclu deyil. İxtisasca iqtisadçı olan bu şəxs lotereyada qalib olmaq üçün xüsusi formul hazırlayıb. Bu formul 6 addımdan ibarət olmaqla sistemi yanıltmağa imkan verirdi.

Mandel adlı bu şəxsin ilk iki lotereya uduşu vətəni Rumıniyada baş tutub. Həmin vaxtlar onun maaşı cəmi 88 dollar təşkil edirdi. Sonrakı 12 lotereya qalibiyyəti isə İsraildə olarkən baş tutub. Mandel lotareyada qalib gəlmək üçün maraqlı üsula əl atıb. O, lotareyaları toplu şəkildə alaraq öz evində onların kopiyasını çıxarırmış və onların kombinasiyasını yaradırmış. Onun hiyləsindən xəbər tutduqdan sonra Mandeli İsraildə 20 ay müddətinə azadlıqdan məhrum edirlər. İşin maraqlı tərəfi ondan ibarətdir ki, onun bu davranışı qanun pozuntusu sayılmırdı. Lakin Mandelin uğurlarından sonra Amerika və Avstraliya kimi ölkələr lotareyada olan belə fırıldaqları qanunla nizamladı və cəza tətbiq etməyə başladı. Amma Mandel öz məqsədinə çoxdan nail olmuşdu. Beləki, 14 dəfə qalib gəldikdən sonra o, təqaüdə çıxmış və Sakit Okean sahillərindəki adalardan birində özünə yeni həyat qurmuşdu.

Onun uğurunun sirri nə idi? 1 ilə 40 arasında altılı kombinasiyanı təyin etmək. Bu isə öz növbəsində 3 838 380 kombinasiya deməkdir.

Cek pot dəyəri mümkün kombinasiyadan 3 dəfə çox olan lotereyaları tapmaq.

Bütün kombinasiyaları almaq üçün yetərincə pul toplamaq. Mandel Virciniya ştatındakı lotereyanı qazanmaq üçün bu işə 2524 investor cəlb etməyə nail ola bilmişdi.

Kombinasiyaların hamısının əks olunduğu lotereyaları dərc etmək. Əvvəl bu qanuni sayılsa da indi həbs olunmağı gözə almalısınız.

Biletləri səlahiyyətli bilet dilerlərinə vermək...

 

"Milli piyanqo..."

 

Azərbaycan müstəqillik əldə edəndən sonra keçid dövründə yaşanan  kasıbçılıq insanları lotreyalara bağladı, desək, yanılmarıq. Hazırda respublikamızda  "5 /36", "Bingo", "Ailə Sevinci", "Uğur" kimi lotoreyalar oynanılırdı ki, bunların da cek-potu 100 min manatı nadir hallarda keçirdi. Hazırda “5/36”, “”6/60”, “4+4” lotoreyaları oynanılır ki, son illərdə 200-300 min manat məbləğində udanlar olub.. Bunların həm də onlayn variantı var.

Psixoloq Vuqar Səlimovun  fikrincə, lotoreyanın qumardan fərqi dövlət tərəfindən rəsmiləşdirilməsidir. Bu səbəbdən, o, təhlükəsiz qumar növu sayılır. İnsanlar az pul verib çox pul qazanmaq ümidi  ilə  lotoreyalara özləri də bilmədən çoxlu vəsait sərf edlirlər. Bu da təbiidir, ən azından nəsə udmaq ehtimalı realdır. Amma kazinolar da insanlar mütləq uduzurlar... Eyni zamanda, lotoreyalar idarə olunandır. Bir çoxları nəsə udmaq ümidini tam itirəndən sonra bundan əl çəkir. Çünki bu kimi azart oyunlar insanda asılılıq yaradır. Mən yenə də belə bir asılılığın əleyhinəyəm. Lotoreyalar var ki, rəsmidir, hökümət tərəfindən həyata keçirilir və uduş hər hansı bir xeyriyyəyə sərf olunur. Ancaq bu lotoreyalar insanı bir növ özündən asılı salır. Lotoreyalar insanda utopik təxəyyülərin yaranmasına səbəb olur. Bun da onda bir tənbəllik, fəaliyyətsizlik yaradır. Birdən-birə nəsə əldə etmək təbİi ki, qeyri-mümkündür. "

Əslində lotoreyaya bağlılıq asılılıqdan çox inadkarlıq təcəssümüdür. Bu insanların inadkarlığını öyrənmək üçün paytaxtdakı bir sıra lotoreya satış mərkəzinə baş çəkdik.

Həqiqətən də milyonda bir ehtimala baxmayaraq insanlar bu işdə uğur qazanacaqlarına böyük ümid edirlərmiş. Onların inadkarlığı  isə lotoreya satıcılarını karına gəlir.

Bu işlərinə görə "Azərlotoreya" şirkətindən ayda müəyyən məvacib alsalar da, satdıqları biletlərin sayından asılı olaraq faiz onlara çatır.

Lotoreyaya həvəs göstərənlərdən indiyədək hansı uduşu əldə etdiklərin soruşuruq.

Özünü Elnur Quliyev kimi təqdim edən şəxs 5 ildən bəri hər həftə xobbi üçün lotoreya alıdığını, indiyədək bir qəpik də udmadığını söylədi.

Səma İsmayılova hər dəfə lotoreya bileti alır, Lakin onda bu həfəvi yaradan amil isə hərdən bir qəpik-quruş udmasıdır.

 Təqaüdçü İftixar kişi lotoreya satıcısıdır, amma özü SSRİ dağılandan sonra bir dəfə də olsun bəxtini sınamayıb: "Özüm lotoreya satıram, amma heç vaxt almıram. SSRİ dövründə oynayırdım, maşın da udmuşdum".

 

İLTİFAT

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK