SON DƏQİQƏ:

Arzusuna qovuşan igidin anım günü: Əlabaddan REPORTAJ 

  124202   |  
Şriftin ölçüsü  

Bura Biləsuvardı.Yolumuz qədim yurdun Əliabad kəndinədir. O kənd ki,  onun adını indi bütün Azərbaycan tanıyır. O kəndi Azəırbaycana tanıdan isə bu kəndi sadə, səmimi, amma çox vətənpərvər övladı, hazırda isə Azərbaycanın Milli Qəhrəmanı, gizir Mübariz İbrahimovdur. Bu gün onun şəhadətindən düz 11 ötür. Əvvəl Əliabadın girəcəyində yerləşən, qəhrəmanımızın 10 il təhsil aldığı, formalaşdığı  Malik   Piriyev adına Əliabad kənd orta məktəbi  ziyarət edirik! Məktəbin bütün sinifləri - hər küncü, hər bucağı vətənpərvərlik saçır, qəhrəmanlığı təbliğ edir, çünki ordan qəhrəman şəhidimizin fotoları ilə birgə ruhuda boylanır.


 

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin və Mübariz İbrahimov adına Vətənpərvərlər cəmiyyətinin üzvləri ilə  igidimizin ayaqları dəyən bütün sinfləri, dəhlizləri gəzirik!  Məktəbin direktoru  Bəsirə Rüstəmovanı söhbətə tuturuq. Səsində həzin bir kədərə qarışmış  qürur  var, məğrurluq var: “Mübariz məktəbdə təhsil alanda mən ona rus dilindən dərs deyirdim. Az yaşı ilə elə hikmətli danışığı vardı ki, onunla söhbət edəndə ona “ağıllı balam ”deyə müraciət edirdim. Həm də oğlumla dost idi qardaş kimi idi. Oğlum deyir ki, bir dəfə şəhid olmamışdan bir az əvvəl kəndə gəlmişdi.

Mən, Mübariz, bir də digər dostumuz Vüqar birlikdə söhbət edirdik... Mövzumuz ermənilərin Qarabağdakı vəhşiliklərindən idi. Ayaqüstə durmaqdan yorulduq, Dedim Mübariz  uşaq vaxtındakı kimi yerdən –torpağın üstündən oturaq , elə söhbət edək. Gülə-gülə dedi ki, yox mən oturmuram, ilan vurub öldürər arzularıma cata bilmərəm...Arzumu da bilirsiniz də...

Bəsirə müəllimə, kəndinizin neçə şəhidi var?

I Qarabağ müharibəsində Malik Piriyev şəhid olub. Məktəbimiz onun adını daşıyır. İkinci şəhidimiz Mübarizdi. Vətən müharibəsində isə  İsayev Rahət,Kərimov Səmədz, Şahmarlı Elvin Malik oğlu,Quluzadə Məhəmməd şəhidlik zirvəsinə yüksəliblər.
Şəhidlərin təbliği ilə bağlı məktəbdə hansı işlər görülür?

Ümumiyyətlə, I Qarabağ müharibəsindən üzü bəri şəhidlərlə bağlı tədbirlərimiz çox olub. Bəlkə də elə bu təbliğatın aşılamanın nəticəsidir ki, bu kəndin Mübarizi və mübarizləri var. Məktəbimiz həm fevral ayının 7-də də, iyun ayının 18-də də Milli Qəhrəmanımızın anım tədbirlərini keçirir.
 

Söhbətimizdə kəndin adamları, o cümlədən məktəbin müəllim və texniki işçiləridə iştirak etdi. Ağakərim kişinin ailəsi ilə bağlı xoş sözlər dedi və hamısı təkrar-təkrar bildirdilər ki, biz Mübarizin qisas alacağını bilirdik.
 

Bəsirə müəllimə 19 iyunda Mübarizin postda olmaması xəbəri kəndə çatanda  hamı əmin idi ki, Mübariz arzusunu həyata keçirmək üçün gedib. Ağakərim qardaş məktəbə gəldi və üzünü mənə tutub bayraq istədi. Baxmayaraq ki, axtarış davam edirdi, Ağakərim qardaş bayrağı məndən alıb darvazaya sancdı. Dedi ki, müəllimə mən bilirəm oğlum hardadı, onu Azərbaycanda axtarmayın ... O Azərbaycanda deyil...Belə valideynin qarşısında baş əyməmək mümkün deyil! İnsan doğma balasını necə gözəl tanıyırmış və inanırmış! 

Atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik.Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür.Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
 

Gizir Mübariz İbrahimovun  əşyaları ilə bəzədilmiş ev muzeyinin açılış iyul ayının 8-də olacaq. Son tamamlama işləri gedir.  Geyimləri, fotoları, hərbi bileti,  sonuncu məktubu, orden və medalları  və  digər əşyaları maraqlı eksponatlar kimi izləyicilərin diqqətini çəkəcək.

Əsl bir cəngavər kimi mənfur düşmənin ağlasığmaz sayda əsgər və zabitini elə birinci həmlədəcə məhv edən Mübariz nəinki kəndin yeniyetmə və gənclərinə eləcə də Azərbaycan gəncliyinə örnək  oldu. Bizimlə söhbətləşən şəhidin vüqarlı atası Ağakərim İbrahimov torpaqlarımızın böyük bir hissəsinin düşmənlərdən azad olması münasibəti ilə qonaqları təbrik edərək bildirdi ki, bir xalq belə övladları ilə öyünər, bir torpaq belə igid şəhidlərin sayəsində  azad ola bilər …

Bunun üçün  şəhidlərimizə borcluyuq!
 

 Əntiqə Rəşid

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK