İnsanı başqa canlılardan fərqləndirən bir cəhət də , onun özündən razı olması, qozu- qozu gəzməyi, yerə - göyə sığmamağıdı! Görəsən, bəzi insanlar niyə belə edirlər! Onlar Allaha şükür eləmək əvəzinə , burnunu dik tutub gəzir, başqasına yuxarıdan aşağı baxır! Bunu , ancaq insan eləyə bilər...
Bəlkə düz demirik, cənablar! Elə bil ki, qımışırsnız... Ki, biz də belə - belə şeyləri çox görmüşük və bu indi yenə görürük! Lap düz edirsiniz! Və bu dünya özünü Allah hesab edən, burnunu dik tutub gəzən fironların, padşahların, prezidentlərin, kralların, baş nazirlərin əlindən çox əziyyət çəkib! Hətta bizim ölkədə Xalq şairi Sabir Rüstəmxanlının təbirincə desək " bəzi icra başçıları özlərini kiçik padşahlar kimi aparıblar və aparırlar!" Allahın yaratdığı dünyanı dağıdan kimdir! Super dövlətlər, o cümlədən Amerika! Onlar nə istəyir! Onlar bütün dünyanın varın- dövlətin başqa ölkələrin əlindən almaq istəyir. Xoşluğunan neftini, qazını və digər sərvətlərini verənlərə dəymirlər !
Verməyənin ölkəsinin altın-üstünə çevirirlər , başına od yağdırırlar! odey, İran gözümün qabağındadır! Amma onlar bir şeyi unudurlar ki, bu dünya heç kimə qalmayacaq! Yəni Süleymana , Firona, Hitlerə, Stalinə qalmayan dünya Trampa da qalmayacaq! Bəlkə qalacaq ? Onu biz deyə bilmərik! Amma onu deyə bilərik ki, dünyanın ən varlı padşahları, fironları, prezidenləri, baş nazirləri rəhmətə gedəndə o dünyaya əliboş gediblər! Bir adam o dünyaya bir şey apara bilməyib. Özü də həmin ədazıl adamların nəslindən bu gün bir adam belə yoxdur!
Çünki vaxtı ilə onlar xalqa zülm ediblər və indi də Allah- təla əməllərinə görə belə insanlara işgəncə , zülm verir! Kim olursansa ol, nə iş görmüsən o, gec-tez qarşına çıxacaq! Ona görə də yerə - göyə sığmayan adamlar keçmiş sələflərindən nəticə çıxarmalıdır! Nəticə çıxarmasalar , həyat onların dərslərin verəcək! Çünki yerə- göyə sığmayanlar, amma qəbirə sığırlar!!!


Bakı -°C
