Əbülfət Mədətoğlu: Vəfalı dost
Hamının tay-tuşu var
Mənimki də kədərdi!..
Dözüm, vəfa hansında -
Kədərdəki qədərdi?!.
Səhəri mənlə açır,
Naharda da yanımda...
Sərbəstcə gəzir, qaçır -
Axşamacan canımda!..
Nə özü dinclik sevir,
Nə mənə dinclik verir...
Bütün günü çək, çevir -
Ömrümdən ömür yeyir!..
...Hamının tay-tuşunun
Sevinci ləpələnsin!
Kədərimin üzünə -
Bir içim ləpə dəysin!


Bakı -°C

