“Arsenal” Arteta ilə bağlı qərar verdi
İngiltərə Premyer Liqasının iddialı təmsilçilərindən olan "Arsenal" baş məşqçisi Mikel Arteta ilə yola davam etmək qərarını rəsmiləşdirib. London klubu ispaniyalı mütəxəssislə müqavilənin müddətini 2030-cu ilin yayına qədər uzadıb.
Adalet.az xəbər verir ki, klubun rəsmi resursları vasitəsilə yayımlanan bəyanatda rəhbərliyin Artetanın rəhbərliyi altında həyata keçirilən uzunmüddətli layihəyə və komandanın inkişaf dinamikasına tam etimad göstərdiyi vurğulanıb.
2019-cu ilin dekabrından "topçular"ı çalışdıran 44 yaşlı mütəxəssis yeni sözləşmə barədə danışarkən klub rəhbərliyinə göstərilən inama görə təşəkkürünü bildirib və London təmsilçisini yeni uğurlara daşımaq əzmində olduğunu qeyd edib. Bu anlaşma "Arsenal"ın gələcək illər üçün sabitlik və çempionluq strategiyasının əsas təməl daşı kimi qiymətləndirilir. /yenisabah/
Digər Xəbərlər
08 Oktyabr 2026 17:21
"Araz-Naxçıvan" ev oyunlarını Şamaxıda keçirməyə davam edəcək
08 Oktyabr 2026 17:00
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
08 Oktyabr 2026 12:30
Toral Bayramovun transfer qiyməti 200 min avro düşdü
08 Oktyabr 2026 09:34


Bakı -°C

