adalet.az header logo
  • Bakı -°C
09 Oktyabr 2026 10:37
84
İDMAN
A- A+

“Neftçi” “Sabah”a, “Araz-Naxçıvan” “Kəpəz”ə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.

Adalet.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk görüşdə "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olacaq. Qarşılaşma Şamaxı şəhər stadionunda, saat 16:00-da başlayacaq.

Turun mərkəzi qarşılaşmasında isə “Neftçi” son ölkə çempionu “Sabah”la üz-üzə gələcək. “Palms Sports Arena”da təşkil olunacaq oyun saat 19:30-da start götürəcək.

9 oktyabr (cümə)

16:00. “Araz-Naxçıvan” – “Kəpəz”

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Şamaxı şəhər stadionu.

19:30. “Neftçi” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev

VAR: Kamal Umudlu

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

“Palms Sports Arena”.