Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından altı il ötür
Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən üçüncü dəfə raket hücumuna məruz qalmasından altı il ötür.
Adalet.az xatırladır ki, 2020-ci ilin oktyabrın 8-də gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri növbəti dəfə atəşə tutulub.
Digər iki terrordan fərqli olaraq bu gecə saatlarında Gəncəyə endirilən ilk raket zərbəsi idi. Nəticədə ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
Digər Xəbərlər
16 Noyabr 2026 10:42
Güclü küləkdə paytaxtda 32 ağac sınıb
16 Noyabr 2026 09:49
Bakıda avtobus piyadanı vuraraq öldürdü
16 Noyabr 2026 09:38
Külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü
16 Noyabr 2026 09:32
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
16 Noyabr 2026 09:00
Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib
15 Noyabr 2026 21:40
Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - VİDEO
15 Noyabr 2026 21:10
Azərbaycanda uşaq belə xilas edildi - VİDEO
15 Noyabr 2026 17:12


Bakı -°C

