adalet.az header logo
  • Bakı -°C
09 Oktyabr 2026 17:52
86
DÜNYA
A- A+

Moskva hava limanlarında NƏ BAŞ VERİR?

Moskva hava limanlarında son sutka ərzində 370-dən çox uçuş təxirə salınıb, 62 uçuş ləğv edilib.

Adalet.az xəbər verir ki, hava limanlarında məhdudiyyətlər Ukraynanın dron hücumları təhlükəsi səbəbindən tətbiq edilib.

Vnukovoda 158 uçuş təxirə salınıb, 38-i ləğv edilib. Şeremetyevoda 157 uçuş təxirə salınıb, 11-i ləğv edilib. Domodedovoda 58 uçuş təxirə salınıb, 13-ü ləğv edilib.

Moskva aeroportlarında təyyarələrin gəlişi və uçuşuna qoyulan məhdudiyyətlər hələ də qüvvədədir.