"Araz-Naxçıvan" ev oyunlarını Şamaxıda keçirməyə davam edəcək
"Araz-Naxçıvan" Misli Premyer Liqası və Azərbaycan Kubokunda ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməyə davam edəcək.
Bu barədə Adalet.az-ın sorğusuna cavab olaraq Naxçıvan klubunun mətbuat xidmətindən bildirilib.
Komandanın Bakıdakı "ASK Arena"ya köçməsi məsələsinin hazırda aktual olmadığı da vurğulanıb:
"Klub Bakıda məskunlaşıb, məşqləri burada edir və oyundan-oyuna Şamaxıya gedir. Bakıda oynamaq üçün uyğun arena yoxdur. "ASK Arena" hazır olduqdan sonra bu varianta baxıla bilər. Amma hazırda bu məsələ aktual deyil. Əlbəttə, Bakı bizə daha uyğundur. Çünki hazırda komanda ev oyunu üçün səfərə çıxmalı olur. Bakıda arena olsa, matç günü istifadə edilməsi mümkündür".
Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının turnir cədvəlində 6 turdan sonra 2 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Digər Xəbərlər
08 Oktyabr 2026 17:43
“Arsenal” Arteta ilə bağlı qərar verdi
08 Oktyabr 2026 17:00
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
08 Oktyabr 2026 12:30
Toral Bayramovun transfer qiyməti 200 min avro düşdü
08 Oktyabr 2026 09:34


Bakı -°C

