Okryabrın 1-də Rusiya Fedarasiyasının prezidenti Vladimir Putin, "Valday" klubunun sessiyasında növbəti dəfə bəyan edib ki, Rusiyanın Avropa ölkələrinə hücum etmək planları yoxdur.
"Biz heç kimi təhdid etmirik, biz nə 2029-cu ildə, nə 2030-cu ildə, nə də 2050- ci ildə heç kimə hücum etməyə hazırlaşmırıq"- deyə Rusiya prezidenti bəyan edib.
Lakin, Qərb dövlətləri Vladimir Putinin hələ illər əvvəl, "bu nə sərsəm fikirdir, Rusiyanın Krımı almaq fikiri yoxdur, Rusiya heç vaxt Ukraynaya hücum etməyəcək" bəyənatlarını unutmayıb. Ona görə də, Rusiya prezidentinin çıxışını diqqətlə izləyən Avropa ölkələrinin liderləri Putinin bu bəyanatına lazımı reaksiya göstərmədilər, daha doğrusu inanmadılar.
Çünki, Rusiya ptezidenti çıxışının davamında "Əgər məsələ Kaleninqrada və yaxud Rusiyanın digər ərazilərinə birbaşa hücum təhlükəsi yaranarsa, onda təbii ki, əlimizdə olan bütün silah növlərindən (o cümlədən nüvə silahıda daxil olmaqla. R.H.) istifadə edəcəyik".
Avropa Vladimir Putinin məhz bu təhdidlərini önə çəkərək narahat olmağa başlayıb. Qərb KİV-ləri Moskvanın bu təhdidlərinin vəziyyətin gərginləşdirilməsinə gətirib çıxara biləcəyini yazırlar. Reuters və Associated Press, Putinin, "bütün silah növlərindən istifadə edəcəyik" sözlərinin Rusiya-NATO münasibətlərinin gərginləşməsi riski yaradacağını düşünürlər.
Əslində mətbuat Qərb məmurlarının rəsmi fikirlərindən çıxış edirlər. "Valday" klubu davam edərkən NATO-nun baş katibi Mark Ryutte, Vestifal "sülh mükafatının təqdim edilmə mərasimində bəyan edib ki, Avropa hazırda sülh vəziyyətində yaşamır. Mərasimdə iştirak edən Almaniya kansleri Fridrix Merts isə, Avropanı yeni hibrit hücumlara hazır olmağa çağırıb.
Rusiyanın Ukraynaya qarşı hücumlarının davam etdiyi bir vaxtda Rusiyanın sərtaltı təhdidlərindən ehtiyat etməyə haqqı var. Avrokomissiyanın rəhbəri Ursula fon-der Lyayen oktyabrın 2-də bəyan edib ki, "Avropa həmrəyliyi-konkret olaraq lazım olana qərər Ukraynaya dəstək verməlidir".
Beləliklə, Rusiya ptezidentinin növbəti "ikibaşlı" çıxışı, Qərbi Rusiyanın "sülh axtarışları" xəyallarına inandıra bilmədi. Bu bir daha göstərir ki, "Qərb, Kremlin "göz yaşlarına" inanmır"...


Bakı -°C
