Bu il 9 velosipedçi yol qəzasında ölüb
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texniki sazlığını təmin etməsi, sutkanın qaranlıq vaxtı və görünmənin məhdud olduğu şəraitdə isə yolda görünmələri üçün zəruri tədbirlər görməsi xüsusi əhəmiyyət daşıyır".
Adalet.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumata görə, cari ilin ilk 9 ayı ərzində velosipedçilərin vurulması ilə nəticələnən 16 yol-nəqliyyat hadisəsinin qeydə alınması, həmin hadisələrdə 9 nəfərin həyatını itirməsi və 8 nəfərin xəsarət alması ciddi narahatlıq doğurmaqla yanaşı, qaydalara əməl etməyin və şəxsi təhlükəsizlik tədbirləri görməyin həyati əhəmiyyətini göstərir:
"Respublika əhəmiyyətli avtomobil yollarının kənarında yerləşən yaşayış məntəqələrində velosipedlə hərəkət edən şəxslər xüsusilə ehtiyatlı olmalıdırlar. Sutkanın qaranlıq vaxtı və ya görünmənin məhdudlaşdığı şəraitdə lazımi tədbirlər görmədən, eləcə də texniki cəhətdən nasaz və müvafiq avadanlıqla təchiz edilməmiş velosipedlə yüksək sürətli avtomobil yollarına çıxmaq ağır nəticəli qəzaların başvermə riskini artırır.
Qanunvericiliyə əsasən, velosipedlərin avtomagistrallarda hərəkəti qadağandır. Velosipedçi xüsusi velosiped zolağı ilə, belə zolaq olmadıqda isə yolun hərəkət hissəsinin kənarı və ya yol çiyini ilə hərəkət etməlidir. Velosiped texniki cəhətdən saz və lazımi avadanlıqla təchiz olunmalı, onun idarə edilməsinə mane olan yük və ya sərnişin daşınmamalıdır".
Baş Dövlət Yol Polisi İdarəsi velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitələrini idarə edən digər şəxsləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır.
Digər Xəbərlər
24 Noyabr 2026 10:51
DSX-nin əsgəri vəfat etdi
24 Noyabr 2026 10:11
Cəlilabad İctimaiyyətinə ağır itki - FOTO
23 Noyabr 2026 17:43
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
23 Noyabr 2026 12:12
Bakıda pirotexniki vasitələr aşkar edildi
23 Noyabr 2026 10:55
DYP-dən blogerin sükan arxasındakı görüntülərinə münasibət - VİDEO
23 Noyabr 2026 10:53
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq öldü
23 Noyabr 2026 10:06
Məşhur aparıcının ölümü ilə bağlı cinayət işi açıldı
23 Noyabr 2026 09:37


Bakı -°C

