Murad Fətiyev dünya çempionatında bürünc medal qazandı
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Adalet.az xəbər verir ki, idmançı bürünc medal uğrunda görüşdə serbiyalı Nemanya Maydovu məğlub edib.
İdmançılarımız günü bir bürünc medalla başa vurublar. Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, və Süleyman Şükürovun (hər ikisi 90 kq) çıxışları uğursuz alınıb.
Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.
Digər Xəbərlər
08 Oktyabr 2026 17:43
“Arsenal” Arteta ilə bağlı qərar verdi
08 Oktyabr 2026 17:21
"Araz-Naxçıvan" ev oyunlarını Şamaxıda keçirməyə davam edəcək
08 Oktyabr 2026 17:00
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
08 Oktyabr 2026 12:30


Bakı -°C

