Bakı-Qazax yolunda maşın aşıb, 3 nəfər ölüb - YENİLƏNİB
Bakıda yol-nəqliyyat hadisəsi baş verib, ölənlər və xəsarət alanlar var.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, oktyabrın 7-si saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində qeydə alınıb.
Belə ki, "Mercedes Atego" markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***
14:59
Bakı-Qazax yolunda qəza baş verib.
Adalet.az xəbər verir ki, APA-nın məlumatına görə, xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb.
Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.


Bakı -°C

