“Türkmənistandan nə alırıq və qardaş ölkəyə nə satırıq?”
“Azərbaycan Prezidenti Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışında ölkəmizin Mərkəzi Asiya və eləcə də Türkmənistan ilə iqtisadi əlaqələrinin inkişafına diqqəti çəkib.2025-ci ildə 208 milyon dollar ticarət dövriyyəmiz olan Türkmənistandan 114.5 milyon dollarlıq mal idxal etmişik. Qardaş ölkəyə ixracatımız 63.8 milyon dollar olub. Türkmənistandan nə alırıq və qardaş ölkəyə nə satırıq?”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, Azərbaycan Türkmənistan ilə ötən il 518 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib:
“Türkmənistandan idxalımız strukturunda enerji məhsulları üstünlük təşkil edir. Belə ki, qardaş dövlətdən təbii qaz (36.4 milyon dollar), reaktiv mühərriklər üçün kerosin yanacağı (12.5 milyon dollar), ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar (7.7 milyon dollar), emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevirmələr üçün maye yanacaq (7.4 milyon dollar), mineral və ya kimyəvi azot gübrələri (2.3 milyon dollar), emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevirmələr üçün sürtkü yağları (1.4 milyon dollar) və digər məhsullar idxal etmişik. Türkmənistana satdığımız mallara gəldikdə isə emaledici kənd təssərrüfatı məhsulları üstünlük təşkil edir. Sözügedən dövrdə Azərbaycan Türkmənistana ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza (22.4 milyon dollar), dəmirdən və ya aşqarlanmamış poladdan alınmış məhsullar (7.8 milyon dollar), pambıq lifi (3.9 milyon dollar), qara metallardan alınan konstruksiyalar (1.8 milyon dollar), kərə yağı (931 min dollar) və başqa məhsulları ixrac edib.Digər qardaş türk dövlətləri ilə olduğu kimi, Türkmənistan ilə də ticarət dövriyyəsini daha da artırmaq prioritetdir. Əsas hədəf qeyri neft-qaz məhsulları üzrə ticari əməkdaşlığı gücləndirməkdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
18 Noyabr 2026 11:51
Şirinləşdirilmiş mineral və qazlı içkilər aksizli mallar olacaq
18 Noyabr 2026 11:49
Çipsiyə 1 manat aksiz vergisi tətbiq ediləcək
18 Noyabr 2026 11:49
Azərbaycanda maliyyə bazarı iştirakçılarına qarşı sanksiyanın məbləği dəyişdirilir
18 Noyabr 2026 11:47
Bu dövlət rüsumu 30 manat olacaq
18 Noyabr 2026 11:46
Azərbaycan aqrar məhsul istehsalını daha 3 il müddətinə ƏDV-dən azad edəcək
18 Noyabr 2026 10:22
Mərkəzi Bankın keçmiş binası ilə bağlı yeni qərar
17 Noyabr 2026 16:26
Yaşayış minimumu birinci oxunuşdan keçdi
17 Noyabr 2026 16:12


Bakı -°C

