"Cənnətin iqamətgahı” filminin premyerası keçirilib - FOTOLAR
Oktyabrın 3-də Nizami Kino Mərkəzində Ordubad şəhərinin qədim tarixi, zəngin mədəni irsi və özünəməxsus etnoqrafik xüsusiyyətlərini əks etdirən “Cənnətin iqamətgahı” filminin premyerası keçirilib.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ICESCO-nun Bakı Regional Ofisinin dəstəyi, "Real" Təhlil İnformasiya Mərkəzinin informasiya tərəfdaşlığı ilə təşkil olunan mərasimdə rəsmilər, ictimaiyyət və media nümayəndələri, filmin yaradıcı heyəti iştirak edib.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, sənədli-musiqili-etnoqrafik film Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının müvafiq məqsəd və hədəfləri çərçivəsində hazırlanıb.
Qeyd olunub ki, ekran əsəri Azərbaycanın bölgələrindəki təbii, tarixi və etnik-mədəni irsin audiovizual formada tanıdılmasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə yeni ekran əsərlərinin çəkilişi davam etdirilir. Azıx mağarasının dünya tarixində oynadığı roldan və orada aparılan yeni tədqiqatlardan bəhs edən sənədli film də yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
Əməkdar jurnalist, "Real" Təhlil İnformasiya Mərkəzinin direktoru Mir Şahin Ağayev deyib ki, bu cür layihələr milli-mədəni dəyərlərin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Filmin ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri Kamran Qasımov bildirib ki, ekran əsəri əsasən Ordubadın etnoqrafiyasına həsr olunub və sənədli-musiqili-etnoqrafik janrda hazırlanan ilk filmdir.
Çıxışlardan sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub və ekran əsəri nümayiş etdirilib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində “Azernyumedia” şirkətində istehsal olunan filmin təsvir rejissoru Arif Zeynalov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, məsləhətçiləri Əməkdar incəsənət xadimi Cəmil Quliyev və Əməkdar jurnalist Mir Şahin Ağayevdir.
Digər Xəbərlər
02 Oktyabr 2026 16:33
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
02 Oktyabr 2026 00:00
“44” bədii filmi bu tarixdən kinoteatrlarda! - VİDEO
01 Oktyabr 2026 20:20
Güllü Muradovaya vəzifə verildi
27 Sentyabr 2026 17:26
"44" bədii filminin növbəti tizeri yayımlanıb
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14


Bakı -°C

