SON DƏQİQƏ:

SEVRDƏN SüRiXƏDƏK GƏLƏN YOL

  35760   |  
Şriftin ölçüsü  
Tarix yazılıb, qeyd olunmuş keçmişdən daha
   
   artıq bir şeydi. O, yazılmış, yazılacaq və ən
   
   önəmlisi xatırlanan keçmişdən oluşur.
   
   Hərə üzünə bir maska taxıb bu maskaradda ona ayrılmış rolu oynamağa çalışır. Kimi məharətlə, kimi də diletantcasına. Kimin necə oynadığı göz qabağındadı - bunlar da ya qeyd olunacaq, ya da qeyd olunmayıb xatırlanacaq. "Keçmiş ölü deyil, hətta yatdığını deyə bilmərik. Xatirələr və qeydlər, çöküntü və köçürmələr, anılar və arxivlər yığını yaşar varlığımızın özündə. Və bu varlığımızı yenidən inşa edərkən, tarix də bizi yenidən inşa edər. Biz gələcəyin izlərini, muxtariyyətimizi isbatlamaq və xətalarımızdan qurtulmaq üçün çırpına bilərik. Lakin keçmişi başımızdan dəf edə bilmərik, zira yapdığımız və düşündüyümüz nə varsa onun içindədir". Bir amerikalı tarixçi deyib bunları. Maraqlıdır ki, cəmi 230 illik tarixi olan, ya da belə deyək, tarixsiz, xatirəsiz bir ölkənin elm adamı keçmişə bu cür qiymət verə bilirsə, o boyda imperatorluğun varisləri niyə belə unutqan olublar? Varis deyirəm, amma Balkanlardan, Qafqazlardan, Ortadoğudan əlini çəkmiş və indi xəlifəlik iddiasında olub da hər kəsin qabağında boyun əyib, hətta öz xanımlarını vassalları üçün yemək bişirmək xoşgörünsündə (bizdə buna xoşqeyrətlik deyirlər) bulunan yeni monarxların varis olmaq cəhdi dənizi stəkanla boşaltmaq kimi bir şeydi. Özləri tarixi yaxşı xatırlayan amerikalılar, bizlərə (fərqi yoxdu Azərbaycan, ya Türkiyə) keçmişini unudun deyirlər, gələcəyə baxın. Hər şey dəyişir deyirlər, sərhədlər də dəyişəcək. Əslində heç nə dəyişmir, eyni siyasətdi, olsa-olsa bu siyasətin fiqurları dəyişir. Osmanlının kabusu Avropa, həm də Amerika üzərində dolaşmaqdadı və bu günkü sultan- xəlifə cütlüyü eynən sonuncu Osmanlı imperatoru Vəhdəddinin rolunu oynamaqdadırlar.
   
   Mən keçmişi xatırlamadan gələcəyə baxa bilmirəm. Böyük, şanlı, qüdrətli amerikalılardan üzr diləyərək... Beləliklə
   
   
   
   SEVR ANLAŞMASI
   
   
   
   1918-ci ildə I Dünya Müharibəsi bitdi. Həmin ilin 30 oktyabrında Montro müqaviləsi imzalandı. Bu müqavilənin şərtləri Osmanlı torpaqlarının qalib dövlətlər tərəfindən işğal olunması üçün başlanğıc idi. Müqavilə imzalanandan həmən sonra Osmanlını savaşa girməyə məcbur edən "İttihat və Tərəqqi" firqəsinin üç önəmli ismi Tələt, Ənvər və Camal paşalar ölkədən qaçdılar. Sonralar dünya basınına müxtəlif bəyanatlar verən sultan Vəhdəddin bütün fəlakətlərin baisi kimi onları göstərirdi. Sultan deməyinə deyirdi, amma Osmanlının çöküşü çoxdan hazırlanırdı, İttihatçılar sonuncu damlanı əlavə etdilər. Səbəbi nə olursa-olsun, nəticə faciəvi idi - işğal edilmiş, parçalanmış ölkə, pərişan bir millət. 16 mart 1920-ci ildə İstanbul da ingilis və fransız orduları tərəfindən işğal edilincə 10 avqustda Sevr anlaşması imzalanır. Bu müqavilə haqqında çox eşitmisiniz bəlkə, amma şərtləri haqqında çox şey bilmirsiniz. Baxın, görün bugünki durumdan çoxmu fərqlənirdi? Osmanlı tarixində belə aşağılayıcı, həqarət verən bir olay olmamışdı. Yurdsuz imperatorun varisləri eyni yolu getməkdədirlər.
   
   ...Durumu nəzərə alan Antanta dövlətləri Osmanlının barış şərtlərini həmən imzalayacağından əmindilər, lakin Montro müqaviləsindən keçən iki il ərzində Qurtuluş savaşı başlamış, Ankarada yeni bir hökumət qurulmuşdu. Sevrdən öncə aprel ayında Parisə gələn heyətə köhnə sədrəzəm Tevfiq paşa rəhbərlik edirdi. Müqavilə şərtləri ona təqdim edildiyində "Barış şərtləri bağımsız dövlət qavramına uyğun gəlmir" deyib görüşmələrdən yayındı. Bu arada Mustafa Kamal İstanbul hökumətinin qəbul edəcəyi şərtləri Türk millətinin və yeni hökumətin qəbul etməyəcəyini bütün ölkələrin xarici işlər nazirliklərinə bildirmişdi.
   
   Tevfiq paşa görüşmələri tərk edərək geri döndüyündə İstanbul hökuməti Damad Fərid paşa başqanlığında ikinci bir heyət göndərdi (hər zaman bir xain bulunur) və həmin heyət Osmanlı dövləti üçün əbədi bir ləkə olan Sevr anlaşmasını imzaladı. Şərtləri açıqlayaq və görün bu günlə səsləşirmi?
   
   1. Osmanlı dövləti İstanbul və çevrəsi ilə Anadoluda kiçik bir torpaq parçasından ibarət olacaq, müqavilənin şərtlərinə əməl olunmazsa, İstanbul da əllərindən alınacaq.
   
   2. Boğazlar savaş zamanında belə bütün dövlətlərin gəmilərinə açıq olacaq və Avropa komissiyası tərəfindən nəzarətə götürüləcək.
   
   3. İngilis, fransız, italyan və yaponlardan ibarət bir komissiya təslim şərtləri üçün qoyduğu üsulları Osmanlı qəbul edəcək və bundan bütün müttəfiq dövlətlər yararlanacaq.
   
   4. İngilis, fransız, italyan və osmanlılardan ibarət bir komissiya Türkiyənin sərvətini düzənləyəcək, büdcə üzərində son sözü söyləyəcək, türk pulunun cins və miqdarını bəlirləyəcək və bu komissiyanın icazəsi olmasa Osmanlı dövləti iç və dış borc ala bilməyəcək.
   
   İllik gəlir müharibədə zərər görmüş müttəfiq dövlətlərin xərci üçün ayrıldıqdan sonra Osmanlıya da pay ayrılacaq. Türklər bu komissiyada seyrçi qismində bulunacaqlar.
   
   5. Etnik azlıqlar hər bir halda öz məktəblərini aça biləcəklər.
   
   6. Əsgəri qüvvələr 10 mini jandarma olmaq üzrə 500 min nəfərdən təşkil olunacaq. Top və təyyarələr olmayacaq. Zabitlərin 15 faizini müttəfiq və ya tərəfsiz dövlətlərin zabitləri təşkil edəcək. Donanma sınırlı, əsgəri qüvvələr müttəfiqlərin nəzarətində olacaq.
   
   7. Kürdlər Doğu Anadoluda müstəqil bir quruluş meydana gətirmək istərlərsə Osmanlılar bunu qəbul edəcəklər.
   
   8. Van, Ərzurum, Bitlis və Trabzon vilayətlərinin ərazisində Ermənistan dövləti qurulacaq, sərhədləri ABŞ-ın prezidenti müəyyən edəcək.
   
   9. Hicaz (bugünki Səudiyyə) müstəqil olacaq, osmanlılar Misir üzərində bütün haqlarından vaz keçəcək, Suriya, İran, Fələstin üçün alınan bütün qərarları qəbul edəcək.
   
   10. On iki ada italyanlara, Aralıq dənizindəki digər adalar da yunanlara veriləcək.
   
   11. İzmir yunanlara veriləcək, amma ordakı qalalardan birində Türk bayrağının dalğalanmasına icazə veriləcək.
   
   Olacaq, olmayacaq, icazə veriləcək, verilməyəcək... Osmanlının gününə bax.
   
   Əslində imzalanan bu müqavilə üç qitədə torpaqları bulunan, vaxtilə Avropada taxtda kimin oturacağını bəlirləyən, lap son zamanlara qədər yeddi dünya dövləti siyahısına daxil olan böyük bir dünya imperatorluğunun, dövlətinin sonu idi. Tarixlə maraqlanan bir kimsə olaraq deyə bilərəm ki, belə təhqiramiz sülh haqqında eşitməmişəm. Bir faktı qeyd etməyi unutdum, deməliyəm, çünki bu gün yenə bu söhbətlər gündəmdədir. Bu müqaviləyə görə etnik azlıqlara türklərdən daha artıq haqlar verilirdi və türk olan kimsə bu haqlardan yararlanmaq istəyərdisə, türk vətəndaşlığından imtina etməliydi...
   
   Amma Sevr ölü doğulmuş bir anlaşma oldu. Türk ulusunun müstəqilliyini yox edib, onu kölə durumuna düşürən və Türkiyəni parçalayan bu müqavilə xalqın dirəncini, inancını artırdı. Müqavilənin şərtlərini Anadoluda mücadilə aparan Mustafa Kamal və Türkiyə Böyük Millət Məclisinə qəbul etdirmək isə mümkün deyildi. Onlar öz iradələrini silah və xalqın əzmilə qəbul etdirmək üçün mübarizəyə davam etdilər.
   
   Türkiyə Böyük Millət Məclisi müqaviləni tanımadığını ilgili dövlətlərə bildirdi. 1920-ci ilin avqustunda Sevr anlaşmasını imzalayanlar vətənsiz və vətən xaini elan edildi. Faktiki olaraq o zaman indiki Türkiyə coğrafiyasında iki hökumət mövcud idi. İstanbuldakı marionet hökumət və Ankarada heç kimin tanımaq istəmədiyi Türkiyə Böyük Millət Məclisi.
   
   Amma həmin vaxt artıq müttəfiq dövlətlər arasında da ixtilaflar başlamışdı. Nə olacağı məlum olmadığından Ankara hökuməti ilə də gizli danışıqlar aparılırdı. Həmin vaxt böyük dünya səhnəsinə yavaş-yavaş addım atan Amerika isə gözləmə mövqeyində idi. Ermənistanın həmin ərazilərdə qurulacaq dövlətinə patronajlıq missiyasını Vudro Vilson öz üzərinə götürmək niyyətində idi.
   
   Gördüyünüz kimi, həmin niyyətləri bu gün Vilsonun xələfləri Sürixdə mənzil başına çatdırdılar. Maraqlansanız rus saytlarında "Sevr müqaviləsi" yazıb axtarış verin. Görün "əzabkeş" erməni xalqı qəbul olunmayan həmin müqavilə üçün necə göz yaşı tökür? Amma sakit olsunlar, Sevrin varisləri (Osmanlının varisləri deməyəcəm, Fateh Sultan Mehmetin, möhtəşəm Süleymanın sümükləri sızlayar) həmin arzuları necə gerçəkləşdirir.
   
   İndi türk basınında Sürixdə imzalanan müqaviləni Sevrlə çox müqayisə edirlər və hətta imzanı qoyan şəxsləri Damad Fərid paşa adlandırırlar.
   
   Damad Fərid paşa kim idi, bu olaylarda onun rolu nə olmuşdu? Sonuncu imperator xain idimi, ya bacarıqsız dövlət adamı? Bu barədə gələn yazımda. Səsləndirilən suallar indi də çox beyinləri məşğul edir, çünki doğru-düzgün tarix yazan adamlar azdı. Amma Atatürk deyirdi ki: "Tarix yazmaq tarix yapmaq qədər mühümdü. Yazan yapana sadiq qalmazsa dəyişməyən həqiqət insanlığı çaşdıracaq bir mahiyyət alar".
   
   
   
   (Ardı var)
   
   

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK