Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edildi
Dövlət orqanlarında iyunun 17-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Dövlət İmtahan Mərkəzindən Adalet.az-a bildirilib ki, müsahibələrin iyulun 9 – 22-də keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.
Elan üzrə 6 dövlət orqanında mövcud olan 15 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Həmin vəzifələr üzrə qeydiyyatdan keçmiş 20 namizədlə 21 müsahibənin keçirilməsi planlaşdırılır.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Dövlət İmtahan Mərkəzi namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmalarını xahiş edir.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

