adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: ÖMRÜN KİTABLAŞAN ANLARI

ƏBÜLFƏT MƏDƏTOĞLU
54905 | 2020-07-21 14:05

Hələ tələbəlikillərindən onu yaxından görüb tanımaq arzum olubdu. Həmişə konfranslarda, tədbirlərdə,televiziyada, mətbuatda görmüşəm, izləmişəm. Amma yaxından təmas qurmaq, əlinisıxmaq istədiyim an nədənsə durmuşam... dayanmışam.. necə deyərlər, risk etməmişəm. Düşünmüşəm ki, lapyaxınlaşdım, salam verdim, sonra nə deyəcəm ki?! Amma əslində içimdə deyiləsi,soruşulası çox fikirlər, sözlər var idi. Sadəcə, onlar mənim ifadə edə biləcəyim bir məqama gəlibçatmamışdı. Necə deyərlər, zamana ehtiyac vardı. Və nəhayət, o zaman gəldi.

Günlərin birində"Azərbaycan” nəşriyyatındakı girişdə, elə liftin önündəcə qarşılaşdıq. Salamverdim. Başını qaldırıb üzümə baxdı və əlini uzatdı:

- Salam. İzləyirəmsəni. Yazdıqlarının hamısını oxuyuram. Yanıma gələrsən, sənə bir-iki məsləhətimolacaq, – dedi.

Bu görüş, buqısa söhbət məni qanadlandırdı. Elə bil həyatımın ən böyük mükafatlarındanbirini almışdım. Zarafat deyil, barəmdə, yazı-pozum haqqında Azərbaycanın çox dəyərliziyalılarından biri, professor, araşdırmaçı-alim, qocaman jurnalist, neçə-neçətitulların sahibi, AMEA-nın şöbə müdiri fikir söyləyirdi. Deməli, yazmağımdayanılmamışdım. Necə deyərlər, papağı günə yandırmamışdım...

Hə, yaxın günlərinsöhbətidir. Azərbaycanın ən böyük aydınlarından biri olan Nəriman Nərimanovlabağlı Teymur Əhmədovun yazdığı sənədli povesti oxuyub fikirlərimi bölüşmək üçünyanına getdim. Ona təşəkkür etdim ki, Nərimanov və onun ailəsi barəsində bilmədiklərimməsləhətləri bu kitabdan oxuyub öyrəndim. Qocaman alim yazı stolunun üstündəkihələ cilidlənməmiş, amma səhifələnmiş bir qalın kitabı mənə göstərdi. Bu, NərimanNərimanovun yubileyi ilə bağlı onunhazırladığı və çapını gözlədiyi növbəti kitabı idi. Teymur müəllim ənböyük aydınlarımızdan olan doktor Nəriman barəsində elə fikirlər, elə faktlarsöylədi ki, onu dinləməkdən doymadım. Və tam səmimi deyim ki, bu insanın içindəkiNərimanov dünyasını, Nərimanov abidəsini” görə bildim. Anladım ki, onu bu həyatdayaşadan səbəblərdən biri də doktor Nərimana olan böyük sevgisidi. Və...

Yazıçı-publisistŞəfəq Nasirin özünü də, sözünü də yaxşı tanıyıram. Bir dəfə söhbət zamanı öyrəndimki, Şəfəq xanım professor Teymur Əhmədovla bağlı materiallar üzərində işləyir,onun 90 illik yubileyinə hədiyyə etmək üçün. Mən Teymur müəllimin iş otağındaolanda stolun üstündə o kitabı gördüm, ərklə götürüb vərəqlədim...



Teymur Əhmədovdüz 90 il bundan öncə Qərbi Azərbaycandadoğulub. Və yaşadığı 90 illik ömrün 70 ilini dövrü mətbuata, elmə həsr edib.Onun araşdırmaları nəticəsində Həsən bəyZərdabidən başlayaraq Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə,Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd ağa Şaxtaxtlı, Üzeyr bəy Hacıbəylivə digərlərinin həyat fəaliyyəti Azərbaycan elmi ictimaiyyətinə təqdimolunubdu. Yəni o bir filologiya elmləri doktoru, professor olaraq mənbələrinizinə düşərək onları geniş şəkildə tətbiqetməkdən yorulmamış, hər sözə, hər fikrə işıq salmışdı. Ona görə də akademik CəmilQuliyev Teymur Əhmədovla bağlı fikirlərini belə ifadə etmişdi: "SoruşsalarTeymur Əhmədov tətqiqatçı kimi qüvvətlidir, yoxsa jurnalist kimi? Çətin sualdır, məncə o, jurnalistlik fəaliyyətindəyaxşı tətqiqatçı, tətqiqatçı fəaliyyətinsdə yaxşı jurnalistdir”. Zənnimcə, buTeymur müəllimin fəaliyyətinə bütün bucaqlar altında verilən ən yaxşı qiymətdir.

Yazıçı-publisistŞəfəq Nasirin kitabını oxuyarkən öyrəndim ki, jurnalistlik fəaliyyətinə "SovetErmənistanı” qəzetindən başlayan Teymur müəllim elə ilk məqalələrindənel-obasının, yurd-yuvasının aydınlarınıaxtarıb tapmağa, Azərbaycanın bu qədim oymaqlarını mətbuata gətirməyə,onları tarixiləşdirməyə üstünlük veribdi.Qarşılaşdığı haqsızlıqlara, ona edilən pisliklərə baxmayaraq, bir gün dəolsun qələmi yerə qoymayıbdı. Özü də Teymur müəllim sözün çəkisinə, dilin gözəlliklərinəxüsusu qiymət verib. Elə yazıb ki, oxunanda dil dolaşmasın, fikir qarışmasın.O, həm müxbir kimi, həm də kifayət qədər sambalı olan "Vətən səsi”, "Ata Yurdu”,"Füyuzad”, "Hikmət”, "Aydın fikir, "Elturan” və digər qəzet və dərgilərinredaktoru kimi bütün gücünü, istedadını, tarixi gerçəklikləri milli kimliyimizəqaytarmağa sərf edib. Yazıb ki, oxuyub özümüzü, elimizi-obamızı tanıyaq,coğrafiyamızı bilək.

Tanış olduğumuzkitabdan mənə bəlli oldu ki, hələ orta məktəbin 8-ci sinifində oxuyarkən məktəbin"Molla Nəsrəddin” adlı divar qəzetinin redaktoru olan Teymur Əhmədov qəzetinadını özü seçmişdi. Bu, artıq onun tarixə, ədəbiyyata olan sevgisinin ifadəsiidi. Çünki Teymur müəllim öyrənmişdi ki, oxuduğu Uluxanlı (Zəngibasar) kənd məktəbindəvaxtilə Mirzə Cəlil müəllimlik etmişdi. Bu fakt artıq onun divar qəzetininadının nəyə, kimə işarə olunduğunu demədən də göstərməyə imkan vermişdi.

Ümumiyyətlə, bugün "Respublika” qəzetinə rəhbərlik edən Teymur müəllimin bir jurnalist, birredaktor, bir qəzetçi kimi tələbləri və səliqə-səhmanı da diqqətçəkəndi. Onunyazı masası yaşayan, nəfəs alan və oxucuya doğru tələsən sabahın qəzetlərinincücərtilərilə sərgilənib. Nə vaxt qapısını döysən, əlində qələm, gözündə eynəkyazır, redaktə edir, həm də dinləyir.

Bu günlərdə 90yaşı olan dəyərlimiz, müəllimim, ustadım Teymur Əhmədovu mən yazıçı-publisist ŞəfəqNasirin təqdimatında daha da ətraflıtanıdım, öyrəndim. Və öyrəndiklərimə, ona olan böyük hörmətimə söykənərək həmbu kitaba görə, həm 90 yaşının tamam olmasına, həm də mətbuatımızn 145 illiyimünasibətilə Teymur müəllimi ürəkdən təbrik edirəm. Bilirəm ki, mətbuat fədailəriarasında təbrikə haqqı olanlardan biri və bəlkə də birincisi Teymur müəllimdi.Bir daha təbriklər!


TƏQVİM / ARXİV