SON DƏQİQƏ:

Müğənni Xuraman Şuşalı və çoxuşaqlı həmkarları - Siyahı

  26859   |  
Şriftin ölçüsü  

Bu yaxınlarda 4-cü dəfə ana olan ifaçı arıqlaya bilməməsindən şikayətlənib. Buna səbəb kimi iştahının artmasını göstərib:

"Çox yeyirəm. Düzdür, vitamin içirəm. Ancaq bu gedişlə qorxuram ki, çətin arıqlayaram. Çörəyi az, əti çox yeyirəm, bir də meyvə. Əsas da gecələr. Çəkim 59-dur. 50 olmaq arzusundayam. Lakin ac qala bilmirəm”.

Adalet.az xəbər verir ki, oxucularımız üçün də maraqlı olacağını düşünüb xırdaca bir araşdırma apardıq. Beləliklə, dünyaya 3 və daha çox uşaq gətirən digər məşhurların da bir neşəsi ilə də sizləri tanış edirik

1.Əməkdar artist Fidan Hacıyeva 2 oğul, bir qız anasıdır. Fidan Hacıyeva İngiltərə vətəndaşı ilə ailəlidir.

2. Nura Suri də 3 oğul anasıdır. Yeri gəlmişkən onu da qeyd edək ki, Nura 3 uşaq sahibi olmasına baxmayaraq, ideal bədən ölçülərini qoruyub saxlayan nadir yerli ifaçılardandır.

3. Mələkxanım Əyyubuva da bu siyahıya daxildir. Erkən yaşlarında hüquq-mühafizə orqanlarında çalışan bəylə ailə həyatı quran sənətçi dörd övlad anasıdır. Xalq artistinin iki oğlu və iki qızı var.

4. Müğənni Aygün Mahmudova rejissior və aktyor Kənan Mahmudovla ailəlidir. Onun rejissorla nikahından 2 qızı və bir oğlu var.

5. Müğənni Aysel Adıgözəlovanı "Eurovision 2009" yarışmasından tanıyırıq. Beynəlxalq miqyaslı yarımasında Azərbaycanı təmsil edən Aysel Adıgözəlova ailə qurduqdan sonra karyerası ilə birdəfəlik vidalaşsa da, o, da 3 uşaq anasıdır. Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailəli olan Ayselin bu nikahdan 2 oğlu və bir qızı var.

6.Müğənni Elnarə Xəlilova isə siyahının rekordçusudur. Telejurnalist Rövşən Cahangirovla ailəli olan ifaçı 3 oğul və bir qız anasıdır.

7. Xalq artisti Gülyanaq Məmmədova bu ilin yanvarından 4-cü dəfə ana olub. O, dördüncü övladını 43 yaşında dünyaya gətirib. Müğənni açıqlamasında bildirib ki, çoxuşaqlı ana olması onda karyerasını davam etdirməyə mane olmur.

Ümid edirik ki, yeni ildə siyahıya yeni adlar da əlavə edərik!

Əntiqə Rəşid


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK