6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Paytaxtın Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək, eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Adalet.az-a verilən məlumata görə, məhdudiyyət səbəbindən 10-12 iyul tarixlərində 61 və 88A nömrəli müntəzəm marşrutların hərəkəti Rəşid Behbudov, Abbasqulu ağa Bakıxanov və Səməd Vurğun küçələri ilə, 10, 14 və 18 nömrəli müntəzəm marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil edilir.
Məlumata görə, 11-12 iyul tarixlərində isə Sənan Abdullayev küçəsində (Baksol yolu), Ziya Bünyadov prospektindən Karvan yolu döngə 1-dək aparılacaq təmir işləri ilə əlaqədar 71 nömrəli müntəzəm marşrut müvəqqəti olaraq metronun "Azadlıq prospekti" stansiyasından Sənan Abdullayev küçəsi, giriş 141A ünvanınadək fəaliyyət göstərəcək.
Digər Xəbərlər
26 Avqust 2026 17:22
Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda - FOTOLAR
26 Avqust 2026 16:34
Mehriban Əliyeva qızı ilə açılışda - FOTOLAR
26 Avqust 2026 12:19
Qayıdan xatirələr...
26 Avqust 2026 11:14
Bu ərazilərdə olan evlərə maraq azalıb - VİDEO
26 Avqust 2026 00:23
Bu gün Laçın Şəhəri Günüdür
25 Avqust 2026 17:40
Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti yoxlanılır
25 Avqust 2026 12:42
"Böyük Köç" DAVAM EDİR: Bu dəfə Qırmızı Bazar və Quzeyxırmana
23 Avqust 2026 21:17


Bakı -°C

