Dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlandı
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən idarə olunan "Tedaruk.az" elektron portalı vasitəsilə bu ilin yanvar-iyun aylarında dövlət sifarişi əsasında ümumi dəyəri 66 milyon 932 min 307,86 manat olan ərzaq məhsulları satın alınıb.
Kənd Təsərrüfatı Nazirliyindən Adalet.az-a bildirilib ki, bu müddət ərzində 112 satınalan təşkilat elektron platforma vasitəsilə 83 istehsalçı və satıcıdan 228 növdə ərzaq məhsulunun tədarükünü 8845 sifariş üzərindən həyata keçirib. Sifarişlər ölkənin 73 regionunu əhatə edib.
Qeyd edək ki, tedaruk.az elektron portalı dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınması prosesinin vahid platforma üzərindən həyata keçirilməsini təmin etməklə satınalma prosesinin operativliyinin, şəffaflığının və səmərəliliyinin artırılmasına xidmət edir. Eyni zamanda, portal yerli istehsalçı və satıcıların dövlət satınalmalarında iştirak imkanlarını genişləndirərək onların bazara çıxışına əlavə dəstək verir.
Digər Xəbərlər
26 Avqust 2026 17:22
Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda - FOTOLAR
26 Avqust 2026 16:34
Mehriban Əliyeva qızı ilə açılışda - FOTOLAR
26 Avqust 2026 12:19
Qayıdan xatirələr...
26 Avqust 2026 11:14
Bu ərazilərdə olan evlərə maraq azalıb - VİDEO
26 Avqust 2026 00:23
Bu gün Laçın Şəhəri Günüdür
25 Avqust 2026 17:40
Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti yoxlanılır
25 Avqust 2026 12:42
"Böyük Köç" DAVAM EDİR: Bu dəfə Qırmızı Bazar və Quzeyxırmana
23 Avqust 2026 21:17


Bakı -°C

