“İran-ABŞ atəşkəsi qüvvədə qala bilər”
“İran-ABŞ atəşkəsi hələ də qüvvədə qala bilər”.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO sammitindən sonra “On Record with Hadley Gamble”a eksklüziv müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın atəşkəsin bitdiyini iddia etməsinə baxmayaraq, İranla atəşkəsin qüvvədə qala biləcəyinə inanır.
Fidan İranın son addımlarını “qisas” adlandırıb və baş verənləri anlaşılmazlıq kimi qəbul etdiyini deyib: “Hər iki tərəf həqiqətən atəşkəs əldə etmək və sülh sazişi üçün irəliləmək istəyir. Anlaşılmazlıqlar, təxribatlar və qisas tədbirlərinə qarşı çox diqqətli olmalıyıq”.
Xatırladaq ki, Vaşinqton və Tehran arasında son eskalasiyadan sonra D.Tramp İranla atəşkəsin qüvvədən düşdüyünü bildirmişdi.
Digər Xəbərlər
13 Avqust 2026 17:35
Zelenski ilə Lukaşenko arasında görüş ola bilər
13 Avqust 2026 14:06
İran Trampın təyyarəsini Türkiyədə vurmaq istəyib
13 Avqust 2026 13:57
Paşinyan Simonyana yüksək vəzifə verdi
13 Avqust 2026 12:54
"Ermənistandan Azərbaycana ixrac başlayacaq" - Paşinyan
13 Avqust 2026 12:04
Ermənistan COP 17-yə görə 7 milyon dollar ayırdı
13 Avqust 2026 10:10
Zelenski: Putin müharibəni dayandırmalı olacaq
13 Avqust 2026 09:45
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 265-ə çatıb
12 Avqust 2026 20:13


Bakı -°C

