Hesablama Palatasına yeni səlahiyyətlər verildi
Milli Məclisin (MM) növbədənkənar sessiyasının bu gün keçirilən iclasında "Büdcə sistemi haqqında", "Hesablama Palatası haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Adalet.az xəbər verir ki, layihə Hesablama Palatasına Naxçıvan Muxtar Respublikası və sığorta sirri ilə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, Hesablama Palatası Naxçıvanın büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara rəy verə biləcək. Bundan başqa, qurum muxtar respublikadakı büdcədən-kənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitləri, dövlət zəmanəti ilə alınan kreditlər, dövlət qrantları və texniki yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitləri ilə bağlı səlahiyyətlərə malik olacaq.
Palata həmçinin sığorta bazarının peşəkar iştirakçılarının əldə etdikləri sığorta sirri hesab edilən məlumatlara çıxış əldə edəcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər
24 Avqust 2026 14:18
Ödənişli xidmətlərlə bağlı VACİB XƏBƏR
24 Avqust 2026 12:39
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib
24 Avqust 2026 10:22
“İki ölkə arasında iqtisadiyyatın çox fərqli sahələrində sərmayə qoyuluşları...”
24 Avqust 2026 10:22
“Yeni iqtisadi və siyasi reallıq ölkəmizi regionun bir hissəsinə çevirir”
24 Avqust 2026 09:38
Azərbaycanda kriptovalyuta ilə bağlı ilkə imza atıldı
23 Avqust 2026 22:46
Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır - İlham Əliyev
23 Avqust 2026 18:50
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif etdi
22 Avqust 2026 10:06


Bakı -°C

