Sabah 37 dərəcə isti olacaq
Azərbaycanda iyulun 10-da 37 dərəcə isti gözlənilir.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25°, bəzi yerlərdə 28-30° isti olacaq.
Digər Xəbərlər
09 Iyul 2026 12:19
6 ayda bu qədər şəxsə əlillik verilib
09 Iyul 2026 11:30
Azərbaycanda turizm haqqında YENİ QƏRAR
09 Iyul 2026 11:26
Qonşunu izləyən kamera qanunsuz sayıla bilər
08 Iyul 2026 17:06
Müsabiqə elan edildi - İştirak haqqı 80-118 manat
08 Iyul 2026 12:56
“Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...”
08 Iyul 2026 12:42
DYP-dən kənd təsərrüfatında çalışanlara MÜRACİƏT
08 Iyul 2026 11:35
Yağıntılar aylıq normanı keçib - FAKTİKİ HAVA
08 Iyul 2026 09:36


Bakı -°C

