Kamran Əliyev Balakəndə qəbul keçirdi
Baş prokuror Kamran Əliyev Balakən rayon prokurorluğunun inzibati binasında Balakən, Zaqatala və Qax rayonundan olan vətəndaşları qəbul edib.
Adalet.az xəbər verir ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 17 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Digər Xəbərlər
10 Iyul 2026 17:36
Kompensasiyanı belə ala bilərsiniz - Nazirlik vətəndaşlara müraciət etdi
10 Iyul 2026 16:16
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
10 Iyul 2026 15:45
Latviya Konstitusiya Məhkəməsinin sədri Azərbaycana gəlib
10 Iyul 2026 12:45


Bakı -°C

