Zaqatalada poçt binasını SEL APARDI - VİDEO
İntensiv yağan yağışlar nəticəsində Zaqatalada bir sıra küçə və yaşayış məntəqələrini su basıb.
Adalet.az "Shimalnews"a istinadən xəbər verir ki, güclü yağışlar bəzi ərazilərdə sel və daşqınlara səbəb olub.
Bildirilib ki, yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb, Talaçaydan güclü sel keçib. Təbii fəlakət nəticəsində evlərə, təsərrüfatlara və nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib.
Selin ən ağır fəsadlarından biri isə Zaqatala şəhərində qeydə alınıb. Belə ki, güclü sel suları Zaqatala 1 saylı poçt binasını aparıb.
Digər Xəbərlər
08 Iyul 2026 19:57
Sel Qax–Balakən dəmiryol infrastrukturuna ciddi ZƏRƏR VURDU - RƏSMİ
08 Iyul 2026 17:30
Katex çayı sahilində köməksiz qalan şəxs belə xilas olundu - VİDEO
08 Iyul 2026 16:34
Balakən sakinini sel apardı
08 Iyul 2026 11:30


Bakı -°C

