"Haaland ayı kimi yeyir" - Gündə 6 dəfə qidalanırmış
Norveç və "Mançester Siti"nin hücumçusu Erlinq Halandın güclü fiziki xüsusiyyətləri və meydandakı performansı onun özünəməxsus pəhrizi ilə birbaşa bağlıdır.
Adalet.az xəbər verir ki, norveçli bir fizioterapevtin sözlərinə görə, əsl vikinqlər kaloriyə diqqət etmirlər.
Qeyd olunur ki, Haaland cədvəlində gündə altı dəfə yemək qəti şəkildə nəzərdə tutulan yeganə futbolçudur.
Onun "pəhrizi" yüksək proteinli və təbii qidalara əsaslanır. Buraya toyuq, makaron, bifşteks, balıq, yumurta, müxtəlif tərəvəzlər və bal daxildir. Eyni zamanda, hücumçu şirniyyatlardan və zərərli qəlyanaltılardan qəti şəkildə çəkinir, susuzluğunu yatırmaq üçün yalnız təmiz suya üstünlük verir.
Onun keçmiş milli komanda yoldaşı Coşua Kinq bir dəfə Halandın iştahını belə təsvir etmişdi: "Heç vaxt onun qədər çox yeyən görməmişdim. Haaland ayı kimi yeyir".
Digər Xəbərlər
10 Iyul 2026 15:33
Elvin Cəfərquliyev: “Sizi çox sevirəm”
10 Iyul 2026 14:59
Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurdu
10 Iyul 2026 02:00
Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - YENİLƏNİB
10 Iyul 2026 00:31


Bakı -°C

