Atasının ölüm xəbərini alan gəmi kapitanı vəfat etdi
Azərbaycanlı gəmi kapitanı Litvada vəfat edib.
Adalet.az ölkə.az-a istinadən xəbər verir ki, 52 yaşlı Əhmədov Elşən Nadir oğlu Türkiyə bayrağı altında üzən gəminin kapitanı olub.
O, Misirə gedərkən yolda atası Nadir Əhmədovun ölümü xəbərini alıb. Həmin vaxt gəmi Baltik dənizində üzürmüş və Litva sahillərinə yan alıb. E.Əhmədov Azərbaycana qayıtmaq məqsədilə göyərtəni tərk edib.
Atasının yasında iştirak üçün vətənə gəlməyə hazırlaşan kapitanın vəziyyəti qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Elşən Əhmədovun meyiti hazırda Litvada morqdadır. Onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
Qeyd edək ki, mərhum Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayırdı.
Digər Xəbərlər
13 Avqust 2026 11:49
Şuşakənddə insan sümüyünə bənzər qalıqlar tapıldı - Araşdırma aparılır
13 Avqust 2026 11:08
12 yaşlı Tapdıq öz maşınında həlak olub... - ŞOK DETALLAR
12 Avqust 2026 13:53
Dünən dənizdə batan “Krosna”nın solisti imiş
12 Avqust 2026 12:41


Bakı -°C

