Türkiyə Rusiyadan aldığı S-400-ləri başqasına satdı
Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Körfəz ölkələrindən birinə satıb.
Adalet.az xəbər verir ki, "Hürriyet"in yazdığına görə, sövdələşmə bu gün yekunlaşdırılmalı və rəsmi şəkildə elan olunmalıdır.
Mənbələrin bildirdiyinə əsasən, S-400 sistemləri ya Birləşmiş Ərəb Əmirliklərinə, ya da Qətərə göndəriləcək.
Məqalədə qeyd olunur ki, ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi CAATSA sanksiyalarının ləğvi ilə bağlı Donald Trampın son açıqlamaları S-400-lərin taleyi məsələsini yenidən gündəmə gətirib. Xatırladılır ki, həmin sanksiyalar Ankara Rusiyadan S-400 sistemlərini aldıqdan sonra tətbiq edilmişdi.
"Hürriyet"in məlumatına görə, uzun müddətdir S-400 sistemlərinin istifadəyə verilib-verilmədiyi və ya anbarlarda saxlanıldığı barədə dəqiq məlumat olmayıb. Nəşrin əldə etdiyi məlumata əsasən, komplekslər üçüncü ölkəyə satılıb və son texniki detallar artıq razılaşdırılıb.
Qəzet yazır ki, İran-İsrail qarşıdurmasından sonra Körfəz ölkələri hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün alternativ sistemlər axtarmağa başlayıblar. Nəşrin qiymətləndirməsinə görə, Türkiyə S-400-ləri satmaqla həm CAATSA sanksiyalarından qurtula, həm də bu satışdan gəlir əldə edə bilər.
Digər Xəbərlər
09 Avqust 2026 21:00
Çaylar quruyur, xüsusi nişanələr ortaya çıxır
09 Avqust 2026 20:41
Xmeymim və Tartus bazaları təlim mərkəzi olur - Suriya və Rusiya razılaşdı
09 Avqust 2026 19:45
İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək - Netanyahu
09 Avqust 2026 18:32


Bakı -°C

