SON DƏQİQƏ:

Avropada Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru Paşanın şərəfinə hədiyyə pul nişanı buraxıldı

  65319   |  
Şriftin ölçüsü  

Bu qiymətli hədiyyə Azərbaycana Türk qardaşlarımızdandır. Aldığımız məlumata görə, Avropa Mərkəzi Bankına aid olan Euro mətbəəsində və əsil Euro kağızında Fransanın Obertur mətbəəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın əziz xatirələrinə buraxılan çox qiymətli hədiyyə pul nişanları - əskinaslar tam hazırdır. Bu dəyəli işin müəllifləri türkiyəli aydınlar İbrahim Gölgeli və Özgür Honçadır.

Bu barədə xəbəri həmkarımız Rəsmiyyə Qarayeva özünün facebook səhifəsində məlumat vermiş, əskinasların orjinalının rəsimlərini paylaşmışdır. Məsələnin cəmiyyətimiz ücün də maraqlı olacağını düşünüb Rəsmiyyə xanıma bir necə sual ünvanladıq:

-Sizcə, Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın rəsimləri olan avro xatirə pul nişanı basılması hansı ehtiyacdan yarandı?

-Azərbaycan Milli İstiqlal hərəkatının və təkcə türk dünyasında deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu dastana çevrilən, xalqımızın böyük oğlu Məhəmməd Əmin Rəsulzadənin və Bakının xilaskarı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın xatirələrini əziz tutmaq, dəyər vermək borcumuzdur, vəzifəmizdir. Amma etiraf edək ki, bu dəyəri bizdən öncə türkiyəli aydınlarımız düşündü və fədakarlıq göstərdilər. Türkiyəli olleksionçular İbrahim Gölgeli və Özgür honça və Serhat Cemil Küçük heç bir maliyyə çətinliyini gözə almadan çiyinlərini bu yükün altına verdilər, Euro-nun basıldığı mətbəədə və eyni kağızda çox qiymətli əskinaslar buraxılmasına nail oldular. Bu hədiyyələr ölkəmizə gələn turistlərə Azərbaycanın şərəfli tarixini və şəxsiyyətlərini tanıtmaq üçün də əla vasitə olacaq.



Şəkillərin və mətnin üzərində işləyən isə türkiyənin ünlü tarixçi-araşdırmacı yazarı, general-leytenant Nuri Paşanın komandanlığında Bakının qurtuluşu haqqında çox qiymətli arxiv araşdırmalarının və "Nuri Killigil” kitabının müəllifi, hörmətli hocam Atilla Oraldır. Hər birinə buradan sonsuz minnətdarlığımı bildirirəm. Yaxın günlərdə əskinasların Türkiyədən Bakıya gətirilməsinə hazırlaşırıq.

-Bildiyimizə görə, layihənin müəllifi Özgür Honça gördüyü bu böyük işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söyləyib...

-Bəli, Özgür Honça bəy, bunu mediaya acıqlamasında da söyləmişdi: "Bundan öncə də Avropa Mərkəzi Bankında Gazi Mustafa Kamal Atatürk və daha bir neçə şanlı tariximizlə bağlı bu cür xatirə nişanları basdırmağa nail olmuşduq. 2018-ci il həm Azərbaycan Xalq Cümhuryyətinin, həm də Bakının işğaldan azad olunmasının 100 illik yubileyi idi. Biz də qardaş Azərbaycana bir hədiyyə etmək istədik. Tarixci alim Atilla Oral bəyin yardımıyla layihə üzərində işləməyə başladıq və nəticədə istəyimizə nail olduq. Bu cür pul nişanları dünyanın hər yerində hədiyyə, tanıtma, turizm və xatirə nişanı məqsədlidir. Eyni məqsədlə qardaş Azərbaycana da etdiyimiz hədiyyə 10 min ədəd basılıb. 5 mini Azərbaycana göndəriləcək, 2 min Avropada yayılacaq, 3 min də Türkiyəyə gətiriləcək. İnşallah nəsib olursa xatirə pulun ilk nömrəsini Azərbaycan Prezidenti cənab İlham Əliyevə də hədiyyə etmək istəyirik”.

-Səhv etmirəmsə, avro xatirə pul nişanının basılması haqqında araşdırmacı yazar Atilla Oralda münasibət bildirmişdi...

-Əlbəttə! Bu layihənin hamının ürəyindən xəbər verməsinə, hər türk soydaşımızın sevincinə səbəb olmasına şübhəniz olmasın. Atilla Oral bəy də sevinclə eyni hissləri yaşadığını söyləmişdi: "Özgür bəyin böyük zəhmətilə meydana gələn evro xatirə pul nişanının üzərində dalğalanan Türkiyə və Azərbaycanın ayulduzlu bayraqları fonunda iki böyük tarixi şəxsiyyətin rəsmini görmək olduqca qürurvericidir. Eyni zamanda birliyimizin, sevgimizin, sevdamızın misalıdır. İnanıram ki, hədiyyə Azərbaycan xalqı tərəfindən böyük maraqla, sevgilə qarşılanacaq".

-Maraqlı məlumatlara görə, təşəkkürümüzü bildirirk.

Əntiqə Rəşid


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK