Nuranə Məcidovanın ölümü ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

Şəxsin paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı üzrə araşdırma aparılır.
Bu barədə Adalet.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Digər Xəbərlər

İlkin Süleymanovun şikayəti üzrə məhkəmənin vaxtı bilindi

Ermənistan ordusunun hücumları nəticəsində zərərçəkmiş şəxslər ifadə verdi

Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi - MƏHKƏMƏ
