Biləcəridə sürücülərin narazılıq etdiyi yolda dəyişiklik olunacaq

Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Yahya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilməsi məqsədilə DİN-in Baş DYP İdarəsinin, Bakı Şəhər Baş BPİ-nin DYP İdarəsinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin və AYNA-nın əməkdaşları tərəfindən qeyd edilən kəsişmədə monitorinq-təhlillər aparılıb.
Adalet.az xəbər verir ki, bununla yanaşı ərazidə yaşayan sakinlərlə profilaktiki söhbətlər aparılıb, mövcud yol infrastrukturu ilə əlaqədar izahlar verilib, onların təklif və iradları dinlənilib.
Həyata keçirilən monitorinq-təhlillərin nəticəsinə uyğun olaraq ərazidə müvafiq tədbirlər görüləcək.
Digər Xəbərlər

Prezident Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi - FOTOLAR

İlham Əliyev və Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət etdilər - FOTOLAR

Prezident və Berdiməhəmmədov Yeni Şuşa məscidindəki işlərlə tanış oldular - FOTOLAR
