Elektrik enerjisi istehlakçılarına aylıq sabit tarif tətbiq olunacaq
Elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarif tətbiq ediləcək.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur.
Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.
Qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edir.
Qanun layihəsində həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, eləcə də sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənib.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər
20 Iyul 2026 23:15
Gürcüstan və Azərbaycan rəqəmsal icazələrin tətbiqinə başladı
20 Iyul 2026 12:50
"Bu məhsulların idxalı 34 faiz azalıb"
18 Iyul 2026 09:02
Neftimiz bahalaşdı
17 Iyul 2026 11:07
“Müharibə və pandemiya belə biznes olduğu halda peşəkar futbol niyə biznes olmasın ki?”
16 Iyul 2026 13:27
“AzerGold” QSC vətəndaşlara çağırış etdi
15 Iyul 2026 17:52
Azərbaycanın xarici ticarət dövriyyəsi 24,6 milyard dolları ötüb
15 Iyul 2026 15:22
Azərbaycanın xarici ticarət dövriyyəsi artıb
15 Iyul 2026 12:43


Bakı -°C

