"Gəncə" ABŞ-dən olan voleybolçu transfer etdi

Qadın voleybolçulardan ibarət "Gəncə" klubu heyətinə yeni oyunçu cəlb edib.
Adalet.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
ABŞ-dən olan libero Alisa Kim ilə bir mövsümlük müqavilə imzalanıb.
Voleybolçu ötən mövsümü Rumniyanın "Rapid Buxarest" komandasında keçirib və ölkə kubokunda bürünc medala sahib olub. Libero karyerası ərzində Sloveniyanın "GEN-I" və ABŞ-nin "Gonzaga University" komandalarında forma geyinib.