DİN BNMİ 17 kq marixuana aşkarladı - Əməliyyat görüntüləri

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə mütəmadi olaraq davam etdirilir.
Adalet.az xəbər verir ki, Binəqədi rayonunda keçirilən növbəti əməliyyat zamanı 1994-cü il təvəllüdlü Nəsrəddin Musayev tutulub. Ondan 17 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş qurudulmuş marixuana aşkarlanıb.
N.Musayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Novxanı və Görədildəki bağ evlərindən oğurluq etdilər - VİDEO

Bakıda əməliyyat - Saxlanılanlar var - VİDEO

Cinayətdə şübhəli bilinən 10 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı

DİN Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələri saxlayıb - FOTO/VİDEO

Cinayətdə şübhəli bilinən 19 nəfər saxlanıldı

Yekaterinburqda öldürülən qardaşların nəşi təhvil verildi - VİDEO
