07 Iyul 2025 19:15
657
İDMAN

“Zirə” gürcüstanlı futbolçu ilə müqaviləni yenilədi

“Zirə” futbolçusu Georgi Papunaşviliylə 2 illik yeni müqavilə bağlayıb.

Klubdan Adalet.az-a verilən məlumata görə, gürcüstanlı yarımmüdafiəçi 2026/2027-ci illər mövsümünün sonuna qədər “qartallar”ın heyətində çıxış edəcək.

Qeyd edək ki, Georgi Papunaşvili 2024-cü ilin yayından “Zirə”nin şərəfini qoruyur.