SON DƏQİQƏ:

Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anılıb

  58037   |  
Şriftin ölçüsü  

Azərbaycan İstiqlal Muzeyində 5 dekabr - qüqrətli Azərbaycan şairi və dramaturqu - taleyinə ağrılı-acılı, məşəqqətli bir ömür yazılmış Hüseyn Cavidin xatirə cünü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədova Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, daha çox dramaturq kimi tanınan - "Ana", "Maral", "Şeyx Sənan", "Şeyda", "İblis", "Azər", "Nil yavrusu", "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi ölməz əsərlərin müəllifi Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məlumat verib.



Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin xeyir-duasından, dəyərli göstərişlərindən sonra Hüseyn Cavidin cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı Sibirə səfər etmiş nümayəndə heyətinin rəhbəri - Naxçıvan Vilayət Partiya Komitəsinin katibi vəzifəsində çalışmış Həmid Cəfərovun çıxışı, onun Hüseyn Cavidin Sibir həyatı ilə bağlı nümayiş etdirdiyi sənədlər maraqla qarşılanıb. Həmid Cəfərov çıxışında amansız repressiya qurbanı olan Cavidlər ailəsinin haqqının özünə qaytarılmasında böyük əməyi və səyi olan ulu öndər Heydər Əliyevin qayğısından, böyük sənətkarımızın xatirəsinə diqqət və ehtiramından, Prezident İlham Əliyevin Cavid irsinin təbliğ olunmasında xidmətlərindən ətraflı bəhs edib, tədbir iştirakçılarının suallarına tarixi faktlara, rəsmi sənədlərə istinad edərək ətraflı cavab verib.

Hüseyn Cavidin xatirə cünü mühasibəti ilə keçirilən tədbirdə digər çıxış edənlər də böyük ədibin təkcə yaşadığı dövrün deyil, sonraki dövrlərin də böyük filosof-şairi olduğunu vurğulayıblar.

H. Xudiyev


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK