ANA SƏHİFƏ / YAZARLAR

VƏZİFƏ

18591    |   2013-01-26 01:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Çoxdan idi Əhəd Əhədzadə dəridən, qabıqdan çıxırdı. O adam yox idi ki, ona "xod" eləməsin və müxtəlif yollar axtarmasın. Həmin adamlara yolları ona görə Əhəd Əhədzadə axtarırdı ki, kimsə pulunu alsın və onu baş həkim təyin eləsin. Onun çox varlı və imkanlı qayınanası vardı. Bu qayınanasının çoxlu sayda kommersiya şəbəkələri və dükanları fəaliyyət göstərirdi. Az qala məhəllədə bütün ticarət obyektlərini həmin qadın çoxunu almışdı. Pulu artdıqca, imkanı çoxaldıqca Əhəd Əhədzadənin qayınanası Xumar xanımın könlündən çox şeylər keçirdi...

Könlündən keçirdi ki, kürəkəni Əhəd Əhədzadəni rayonun baş həkimi vəzifəsinə qoydursun. Amma nədənsə Əhədin adını çəkəndə yuxarılar bununla razılaşmırdı. Bildiridilər ki, Əhəddən savayı, kim olursa-olsun onu vəzifəyə təyin edərik. Ancaq onun adını bizim yanımızda çəkməyin. Bir müddət Əhəd elə əvvəlki vəzifəsində işlədi. Düzdür, yaxşı da pul qazanırdı, ancaq ona pul qazanmaqdan çox, bir vəzifə lazım idi. O, vəzifəyə əyləşsəydi ilk növbədə Əhədin qayınanası Xumar xanımın ürəyi sakitləşərdi. Çünki Xumar xanım çox çalışırdı ki, Əhəd vəzifəyə keçsin...

...Xumar xanıma gecə saat 12-də bir zəng gəldi. Adətən bu vaxtlar kimsə başqasına zəng eləməz və onu narahat etməzdi. Amma Xumar xanım telefondakı 211 nömrəsin görəndə bu zəngdən çox sevindi. Bildi ki, zəng edən adam yuxarıda oturanlardan biridir və nə vaxtdandır ona bir xahiş edib və həmin xahiş də hələ yerinə yetirilməyib. Bu Xumar xanımın sonuncu ümidi idi. Deyəsən, sonuncu ümidi də çin çıxırdı. Xumar xanım sevinclə mobil telefonun düyməsini basdı:

- Hə qadan alım, sənə qurban olum, eşidirəm?! - dedi.

Danışan adamın səsində bir xoş ovqat hiss olunurdu. Hiss olunurdu ki, Xumar xanımın xahişi artıq yerinə yetirilib:

- Bilirsən, səni gecə yarısı niyə narahat elədim?! Elə indicə mənə dedilər ki, kürəkənin Əhəd Əhədzadənin əmrini veriblər. Günü bu gündən Əhəd rayonun baş həkimidi...

... Xumar xanım zəng edən insanın sözünü davam etdirməyə imkan vermədi və sevinclə dedi:

- Sənə qurban olum, balalarının başına dönüm, nə yaxşı bu ağır işi aşırdın və bizi sevindirdin. Çoxdan idi ki, kürəkənimin yanında gözü kölgəliydim. Camaatın arasına çıxmağa utanırdım. Deyirdilər ki, Xumar xanımın sözü day keçmir. İndi sənin bu işi düzəltəməyin məni göyün yeddinci qatına qaldırdı. Görəcəksən ki, bacın xəcalətindən necə çıxacaq...

...Səhəri günü nazirlikdən rayona bir nümayəndə də gəldi və Əhəd Əhədzadəni götürüb birbaşa rayon mərkəzi xəstəxanasına apardı. Orda da onu səhiyyə işçilərinə bir daha təqdim etdi. Nümayəndə dedi ki, bu gündən rayon mərkəzi xəstəxanasının baş həkimi Əhəd müəllimdir.

Ağxalatlı həkimlərdən bu xəbərdən sevinənləri də oldu, qanları qaralanı da. Ən çox bu xəbərə sevinənsə Əhəd Əhədzadənin yaxınları və qohum-əqrəbası idi. Bilirdilər ki, Əhəd vəzifəyə gələn kimi, qayınanası nə desə, onun dediyi ilə oturub-duracaq. Axı, Əhədin qayınanası Xumar xanım elə-belə insan deyildi. Hətta rayonda icra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri belə bu xanımla hesablaşmağa məcbur olurdular. Bilirdilər ki, Xumar xanım bir işin altına girsə, mütləq onu aşıracaq. Söz verdi, deməli, onu həll etməliydi. Elə buna görə də hamı Xumar xanımı rayonda sözükeçən bir insan kimi tanıyırdı. Tanımayanlar da onun haqqında çox şey eşitmişdi. Eşitdikləri də bu idi ki, Xumar xanımın qarşısında heç kim at oynada bilməz. Bir vaxtlar rayona təzə bir polis rəisi gəlmişdi, Xumar xanımla yola getmirdi. Xumar xanım işi necə düzüb-qoşdusa təzə rəisin yerini altı aydan sonra dəyişdilər. Yəni onu göndərdilər başqa bir rayona.

Ona görə də Xumar xanımın adı gələndə çoxları özünü yığışdırar və onun qəzəbinə düçar olmamağa çalışardı. Xüsusən də vəzifə sahibləri istəməzdilər ki, Xumar xanımla aralarında soyuqluq olsun. Əhəd Əhədzadə artıq bir aya yaxın idi ki, baş həkim işləyirdi. Vəzifə kreslosunda əyləşən kimi, oturduğu kabineti başdan-ayağa əsaslı təmir etdirdi. Özünə xidməti maşından əlavə bahalı bir "Range Rover" aldı. Yəni bu o demək idi ki, Əhəd Əhədzadə elə-belə adam deyil. Bir neçə ay ərzində kənd xəstəxanalarının çoxunun baş həkimlərini dəyişdirdi və köhnə bazara təzə nırx qoydu. Bu da o demək idi ki, on manatlıq iş əlli manata həll olunurdu. Hansısa kənd xəstəxanasının baş həkimi aylıq haqqını bir gün gecikdirəndə o dəqiqə ona itin sözünü deyərdi. Əhəd Əhədzadə belə anlarda ağzını açıb, gözünü yumardı. Onun qəzəbinə tuş gəlməmək üçün çoxları əlində-ovcunda nə vardısa, ona verərdi. Təki Əhəd Əhədzadə o həkimləri söyməsin...

Bir də görərdin ki, həkimləri yığıb mərkəzi xəstəxanaya o ki var danlayır. Deyir ki, işləyə bilmirsiniz, şikayətlər çoxalıb. Bu fikirləri səsləndirəndə bəzi həkimlər öz payını götürərdi. Yəni işləyə bilmirsiniz, o deməyiydi ki, lazım olan pulu vaxtında gətirmirsiniz. Elə adamı, elə həkimi tərifləyirdi ki, başqaları buna məəttəl qalırdı. Deyirdi ki, Dadaş həkim hamınızdan yaxşı işləyir, hamınızdan savadlı adamdı. Amma hamı rayonda yaxşı bilirdi ki, Dadaş həkim kimi çox qabiliyyətsiz adamıydı. Sadəcə olaraq, Dadaş yaxşı pul qazanırdı və o pulun da çoxunu Əhəd Əhədzadəyə verirdi.

Ancaq iclaslarda Əhəd Əhədzadə elə alovlu, elə coşqu ilə çıxış edirdi ki, tanımayan olsaydı, fikirləşərdi, bundan təmiz və bundan pak insan yoxdu. Onsuz da Əhəd Əhədzadə olmasın, Vəli Vəlizadə olsun, bu vəzifədə kim əyləşsəydi, elə belə danışırdı. Ağzına çullu dovşan sığışmırdı. Deyirdin ki, a kişi, bundan təmiz adam olmaz. Amma elə ki, xəstəxanaya gedirdin, həkimlərə üz tuturdun, hər hansı dərmanı alırdın, bax onda hər şey aydın olurdu.

Əhəd Əhədzadə gələndən sonra şəkər xəstələrinə dərmanlar da verilmirdi. Yenə o biri baş həkimin vaxtında bəzi dərmanlar xəstələrə pulsuz verilirdi. Ancaq Əhəd Əhədzadə necə "zakon" qoymuşdusa, bir şəkər xəstəsi müftə o dərmanı ala bilmirdi. Axırda bir gün rayonda qeydiyyatda olan şəkər xəstələrinin 20-30 nəfəri icra başçısının yanında oldu. Dedilər ki, biz dərmanlarımızı ala bilmirik. Başçı da onların başının altına yastıq qoyub yola salmışdı. Günlərin bir günü də bu insanlar boğaza yığılıb Bakıya getmişdilər və orda öz sözlərini lazımi adamlara demişdilər. Bundan sonra bir müddət xəstələrə həmin dərmanlar pulsuz verildi. Amma üç aydan sonra yenə hər şey dəyişdi və yenə Əhəd Əhədzadənin sözü keçdi...

Əhəd Əhədzadə yenə nə yerə sığırdı, nə göyə! Çünki pul sel kimi gəlirdi. Üstəlik də onun əl qoyduğu yerə heç kim bir söz deyə bilməzdi. Qazandığı puldan həm yuxarılara verir, həm də özü üçün bir gün ağlayırdı. Az müddətdə Bakıda bir neçə ev aldı. Torpaq sahələri, kommersiya mağazaları da öz yerində. 17 yaşında oğluna ad günündə 150 min manatlıq maşın bağışladı. Bütün bunların hamısını rayonda danışırdılar. Danışırdılar ki, Əhəd Əhədzadə lap qudurub! Gözü ayağının altını görmür. Üstəlik də Allah köhnə baş həkimin ölənlərinə rəhmət eləsin! Əhəd Əhədzadə arı atıb, namusu yeyib. Bazara elə bir nırx qoyub ki, heç kəs onun altından çıxa bilmir. Qayınanası Xumar xanımsa Əhəd Əhədzadənin bu fironluğunu eşidib fəxr edirdi. Elə Əhəd Əhədzadə də vəzifədə əyləşdiyinə görə, qayınanasına güvənirdi. Əlbəttə, qayınanasının pulu olmasaydı, Əhəd Əhədzadə bu vəzifədə heç vaxt əyləşə bilməzdi. Çünki onun o qədər pulu yox idi ki, kiməsə verib o kresloda əyləşsin...

...Axşam nə qədər möhkəm içmişdisə başının ağrısı kəsmirdi. Evdəki xanımı Əhəd Əhədzadəni bu vəziyyətdə görüb dedi:

- Sir-sifətin adam sifətinə oxşamır. Bu zəhrimarı az iç! Özün həkim adamsan, amma arağın küpünə girisən. Ayıb deyil, sənin üçün?! Axı camaat bizə nə deyər?!

Əhəd Əhədzadə mızıldandı:

- Camaatın işi-gücü yoxdu, gedib öz dərdini çəksin! Qonaqlarım gəlmişdi, onlarla içməsəm məndən inciyərlər. Elə bilirsiniz, baş həkim olmaz asandır. Qonağın biri gedir, biri gəlir. Araq da içməyəndə onların dilin tapmaq çətin olur. Birini şirin dillə yola salıram, birinə pul verirəm, birinə də yeyib-içmək qonaqlığı. Bunları eləməsəm, bir gün də o vəzifədə əyləşə bilmərəm.

Həyat yoldaşı Nəcibə xanım gördü ki, Əhəd Əhədzadə düz deyir. İndi vəzifədə qalmaq üçün çoxunun bığını yağlamalısan. Keçmiş baş həkim həmişə yuxarıdan gələnlərin dilini tapırdı. Bir dəfə dilini tapmadı və bir dəfə onların istədiklərini eləmədi, o dəqiqə vəzifədən çıxardıb, atdılar çölə...

Əhəd Əhədzadəyə günorta saatlarında qəfil zəng gəldi. Dedilər ki, təcili Bakıya çıxmalısan, iclas var. Əhəd də günorta möhkəm dostlarıyla bərk yeyib-içmişdi. İstədi getməsin, amma fikirləşdi ki, iclasa getməsə, onun üçün yaxşı olmaz. Tərs kimi sürücüsü də xəstəydi. Fikirləşdi ki, elə yeməkxanadan çıxıb yavaş-yavaş Bakıya üz tutar.

...Maşının sükanın arxasına keçdi, mühərriki işə saldı və Bakı istiqamətində avtomobili idarə etməyə başladı. Bayırda hava çox soyuq idi. Maşındakı istilik sistemini işə saldı. Bir az da içdiyinə görə özünü narahat hiss eləyirdi. Ancaq bütün bunlara baxmayaraq, ayağını qaza möhkəm basdı, maşın yerindən elə tərpəndi ki, hətta təkərlər yeri cırmaqladı. Əhəd Əhədzadə heç vaxt belə maşın sürməzdi. 10-15 dəqiqədən sonra daşlı-kəsəkli yoldan çıxıb, asfalta doğru maşın irələməyə başladı. Burda da Əhəd həkim sürəti artırdı. Qəfil gözünə bir qaraltı göründü, həmin qaraltı qarşıdan gələn iri yük maşını idi. Əhəd istədi əyləci basıb, maşını saxlasın, amma artıq bu geciydi. Əhədin idarə etdiyi "Range Rover" yük maşınına çırpılmışdı...

Maşınlar toqquşanda yük maşınının sürücüsü özünü itirdi. Maşından yerə düşüb, avtomobilə baxdı. Gördü ki, artıq avtomobilin sürücüsü al qanın içərisindədi. Özü nəsə köməklik etmək istədi, bacarmadı. Çünki qapı açılmırdı. Yoldan keçən sürücülər də maşınlarını saxlayıb köməyə gəldilər. Kimsə təcili yardıma zəng vurdu. Təcili yardım gələnə kimi nə qədər çalışsalar da qapını aça bilmədilər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına da məlumat verildi. Elə hər iki xidmət sahəsi qısa zaman kəsiyində özlərini qəza baş vermiş yerə çatdırdılar.

Mütəxəssislər hər şeyə məəttəl qalmışdı. Dedilər ki, ancaq maşını doğramaqla yaralını oradan çıxarmaq olar. Amma onlar heç biri bilmirdilər ki, sükanın arxasında əyləşmiş adam yaralıdı, yoxsa ölüb. Maşının hissələri kəsildi və sürücünü həmin yerdən çıxardılar. Təcili yardım maşınında olan həkimlər yaralını müayinə edəndə gördülər ki, artıq onun nəbzi vumur. Əhəd Əhədzadə elə qəza baş verən kimi güclü zərbədən ağır xəsarət almış və beyni dağılmışdı...

... Xəbəri rayonda eşidəndə çoxları şoka düşdü. Amma şoka düşməyənlər də oldu. Dedilər ki, heç vaxt Allahla çiling-ağac oynamaq olmaz. Çünki Əhəd Əhədzadə və qayınanası hər şeyi yaddan çıxarmışdı. Bəlkə də Allah da onların yadından çıxmışdı...

FAİQ QİSMƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK