Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | HƏR ARŞIN ÖLÇÜ DEYİL Adalet.az | HƏR ARŞIN ÖLÇÜ DEYİL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HƏR ARŞIN ÖLÇÜ DEYİL

37915    |   2013-01-26 00:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün psixoloqlar iddia edir ki, imkanlı ailədən olan uşaqların onlara daha çox ehtiyacı var. Bu iddianı hərə bir cür qəbul edir...

Məşhur ulduz Beyons konsert üçün dünyanın başqa ölkələrinə gedərkən qızını evdə tək qoymamaq üçün Nyu-Yorkda onun üçün kirayəsi bir milyon yarım olan mənzil tutub. Qız ata -anasının konsertini otağından canlı-canlı izləyə biləcək. Bir neçə il əvvəl isə Beyons qızı üçün kristal daşlarla bəzədilmiş yemək stolu düzəltdirmişdi. Şakiranın isə bir yaşı tamam olan qızına səksən milyon dəyərində üstü on səkkiz brilliant qaşla bəzədilmiş Barbi kuklası aldığını da oxudum...

Bunların psixoloqun şərhi ilə nə əlaqəsi olduğunu yəqin ki, təxmin edənlər oldu. Varlı balaları doğulduğu gündən ən zəruri, hətta zəruri olmayan tələbatlarla da təmin olunurlar. Yəni, nəyi isə əldə etmək üçün çalışmır, əziyyət çəkmir, hər şeyə asan yolla nail olurlar. Buna görə də gənc yaşlarından istədikləri, arzuladıqları bir şey qalmır. Oxumaq istəsə, ən yaxşı pedoqoqlar tutulur, xarici dil öyrənmək istəsə, həmin ölkədən mütəxəssis gətirilir, istirahət etmək istəsə, dünyanın ən məşhur guşələri hüzurunda hazır, öyrənmək istədiyi hansısa peşənin, sənətin biliciləri tədris üçün sıraya düzüləcək... geyim, yemək, əyləncə haqda isə deməyə dəyməz. Beləliklə, onun üçün maraqlı, həsrətində olduğu əlçatmaz heç nə qalmır. Və onun üçün artıq maraqsız olan həyatda təzə bir macəra axtarışına çıxırlar. Bu macəra isə çox vaxt qadağan olinmuş, ziyanlı vərdişlərə meyillənməklə başlayır ki, bu da çox vaxt onları faciəli sonluğa aparır...

Onların xəbəri olmur ki, əməklə qazanılanın bəhrəsindən ləzzətli həyatda heç nə yoxdur. Zəhmət çəkilməsə, əldə olunanın heç bir qiyməti olmur. İnsan zəhməti sayəsində mükəmməlləşir, inkişaf edir (Darvinin təkamül nəzəriyyəsinin bura dəxli yoxdu). Nə qədər imkan, şərait olsa da, tərbiyə üçün düzgün metodlardan istifadə etmək hər bir valideynin məsuliyyətidir. Çünki bu gün etdiyin səhv tərbiyə sabah öz üzünə duracaq. "Mən görmədim, balam görsün. Mənə nəsib olmadı, övladım məhrum olmasın" deyib, onları əslində harın böyütdüyümüzün fərqində olmuruq bəzən.

Milli Məclisdən verilən məlumata görə Azərbaycanda övladlığa götürmə mexanizminin gücləndirilməsi müzakirə ediləcək və bununla bağlı Ailə Məcəlləsində dəyişikliklər olacaq. Milli Məclisin Sosial siyasət komitəsinin sədrinin açıqlamasına əsasən: "Kasıb ailələrə uşağı etibar etmək olmaz!"

Maraqlıdı, bir çox maddi imkanlardan məhrum olsa da, "ürəyinin işığını, gözünün yağını" balasından əsirgəməyən kasıb onun gələcəkdə layiqli insan olması üçün əlindən gələni əsirgəmədiyi halda, nədən ona uşaq verilməsin? Çox şeydən məhrum olan valideynə bu sevincdəmi çox görülməlidi? Axı özü ac qalsa da, balasını təmin etmək üçün dəridən-qabıqdan çıxır kasıb. Varlının, imkanlının balalarının məhrum olduğu nemət - valideyn sevgisi kasıblarda daha çox öz əksini tapır. İş, biznes, "yuxarı"ların təzyiqindən başı qarışıb bəzən uşaqlarını unudan nə qədər imkanlı ailələr var... Pul çox şeyi həll etsə də, hər şeyi həll etmir. Bircə gecə dayəsinin yox, valideyninin ona nağıl oxuyaraq, yaxud heç olmasa başını sığallayaraq yatızdırmasının xiffətini çəkə - çəkə böyüyən o qədər imkanlı ailə uşaqları var ki... Belə böyüyərək laqeyd, bivec olur, gələcəkdə valideyninə qarşı soyuqluğuyla onların etdiklərini təkrar edirlər. Bu problemlə böyüdükcə onlarda nə valideynə, nə də doğulub böyüdüyü Vətənə qarşı sevgi, təəssübkeşlik hissi inkişaf etmir.

Bu gün qanunlarımızda zamana uyğun dəyişikliklər edilməsinə həqiqətən ehtiyac var. Müzakirəsi gözlənilən iki qanun layihəsi haqqında açıqlama diqqətimi çəkdi. Onlardan biri övladlığa uşaq verilməsi ilə bağlıdı. Axı kasıbları övlad sevincindən niyə məhrum edək? Qanunu dəyişmək əvəzinə övladlığa uşaq götürən ailənin maddi durumu qənaətbəxş deyilsə, bu ailəyə maddi kömək etmək haqda qərar qəbul edin! O zaman həm siz deyən olar, həm onlar istəyən, həm də bir uşaq sevinclə ona qucaq açan ailəyə qovuşaraq xoşbəxt olar.

Digər layihəyə görə isə, işsiz gənclərin nikaha girməsində, ailə qurmasında olacaq problemlər haqdadır. Yəni, gənclərdən heç biri işləmirsə, onların ailə qurmasının qadağan edilməsi gözlənilir. Təbii ki, heç bir gəliri olmayan gənc evlənmək arzusunu bir neçə il yubadır. Amma ailənin onları dolandıra biləcək başqa üzvü varsa, nikahı illərlə gecikdirməyin nə mənası? Bəlkə işsizlik problemini həll edək? Bu, hər kəsin, o cümlədən də yeni ailə qurmaq istəyənlərin arzusunu gerçəkləşdirər. Bir anlıq təsəvvür edin ki, ailə qurmaq istəyən gəncin iyirmi beş - otuz yaşı var və o, beş - altı il münasib iş tapmadı. Onda belə çıxır ki, ölkədə subaylar ordusu meydana gələcək. Bu da əhalinin sayı baxımından statistikada enməyə gətirib çıxaracaq. Və nəhayət, əsl o zaman atılmış uşaqların sayı artacaq...

Barəsində düşünməli əsl məsələlərdən yayınmayaq...

Fəridə RƏHİMLİ

f_rehimli@rambler.ru



İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK