viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BİR ANA DA ÖLDÜRDÜZ, O ƏSGƏRLƏ BƏRABƏR... Adalet.az | BİR ANA DA ÖLDÜRDÜZ, O ƏSGƏRLƏ BƏRABƏR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİR ANA DA ÖLDÜRDÜZ, O ƏSGƏRLƏ BƏRABƏR...

36009    |   2013-01-19 08:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1994- cü il "Horadiz əməliyyatı"nın televiziya işçiləri tərəfindən lentə alınmış videosuna baxarkən təsadüfən lentin əvvəlində qardaşımı topun yanında əl-qol hərəkəti ilə danışan gördüm. Keçirdiyim o qəribə hissi ifadə etmək gücündə deyiləm. O, Talehin sağlam vaxtının ən axırıncı görüntüsü idi... Cəmi bir neçə gün sonra yanında partlayan "Qrad" snaryadının qəlpələri hələ də başından, qollarından, əlindən çirk edərək çıxır...

Bu videolent və müharibəsiz illərdə baş verən əsgər ölümləri barədə son vaxtların söhbətləri məni iyirmi il öncəyə -1992-ci ilə çəkib apardı.

Qarabağ müharibəsinin ilk illərində cəbhə zonası olan kəndimizə tez-tez baş çəkirdim. Yaxınlarım, əzizlərim hamısı orada idilər, qardaşlarım isə cəbhədə. Şiddətli atışmalar başlayanda özümüzü güllə altındaymışıq kimi hiss edirdik. Çünki güllələrin şaqqıltısı evin içində eşidilir, "Qrad", tank, top lüləsindən çıxan atəş pəncərələrin şüşələrini cingildədirdi. Körpələr alacalanmış gözləri ilə analarına sığınırdılar. Qardaşlarımı, bütün əsgərlərimizi xəta-bəladan qorusun deyə bütün günümüz Allaha dua etməklə keçirdi. Hər an ölüm xəbərini gözləmək əzabına qatlaşmaqdansa ön cəbhədə vuruşsaq daha rahat olardı...g

Qardaşımın biri Divanalılarda, o biri isə Qızılqayada döyüşürdü. Qızılqayada erməni pulemyotçusunu Talehin susdurması neçə-neçə gəncimizi ölümün qoynundan almışdı. O qarışıq zamanda "sağ ol" deyən olmasa da, hər bir əsgər belə "sağ ol"ları gözləmədən, düşmənə nifrətindən doğan təpərlə irəli atılırdı. Kəndimizin oğlanlarının əksəriyyəti orada idi. Bacımın yalvarışlarını, dualarını beş yaşındakı əkiz balaları əzbərləmişdilər. Tam mənada müharibənin dəhşətini anlamasalar da, analarının təlaşı onları qorxunc hadisələr baş verdiyindən xəbərdar edirdi. Hava soyuq olanda, yağış, qar yağanda bacım büzüşərək sanki özünü nəm əsgər səngərində, istidən nəfəs tıncıxanda isə dəmir əsgər dəbilqəsi ilə yandırıcı günəş şüaları altında hiss edirdi. "Allah sən kömək ol! Düşmən gülləsindən qoru uşaqları... " pıçıltıları bütün gün dodaqlarından əskik olmurdu.

Kəndimizin belə əzablı günlərinin birində yenə orada idim.

Axşamüstü güclü yağış yağırdı. Bərk atışma gedirdi. Fikrimiz əsgərlərin yanındaydı. Bacım yemək hazırlayıb süfrə açdı. Heç kimin boğazından loxma keçmirdi. Çox sevdiyi toyuğun bud hissəsini qızının qarşısına qoymuşdu. Amma o da yemirdi. Anası təəccüblə ona baxıb, niyə yemirsən? - soruşdu. Qız gözləri dolmuş halda "ee, bu nədi mişovul ətinə oxşayır!" - dedi. Səbəbin başqa olduğunu anlayırdıq. Bacım nəvazişlə: Sima, noolub? - soruşmasıyla bayaqdan içində güclə boğduğu kədəri hönkürtü ilə, gözlərinin yaşı sel kimi axa-axa hıçqıraraq güclə dilə gətirə bildi: "dayım indi yağışın altında, erməninin qabağındadı..." Bayaqdan hər ikimizin içinə axan göz yaşlarımız bayırdakı yağışdan betər oldu...g

Tez-tez kənddən cəbhə zonasına gedir, əsgərlərə pal-paltar, yemək, siqaret aparırdılar. Qayıdan kimi hamı gələnin başına toplaşır, məlumat alırdılar. Həmin gün gələn adamın qardaşlarımdan söz salıb, sınayıcı nəzərlə anama baxdığını gördüm. Sadəlövh anam heç nə hiss eləmədi və ilk dəfə buna sevindim. Bacımgilə getmək bəhanəsiylə evdən çıxdım. Kimdən soruşsam, heç nə bilmədiyini deyirdi. Amma kənddəki pıçhapıçdan nəsə baş verdiyi məlum idi. Bu məni təlaşlandırırdı. Bacımgilə yaxınlaşanda onun kəndə gələn QAZ- 51 maşınının sürücüsünə "Səni and verirəm Allaha, mənə düzünü de! Uşaqlara noolub?" yalvarışını eşidəndə içimdə nə isə qırıldığını hiss etdim. Sürücü gözləri dolmuş halda "Vallah salamatdılar!" desə də, hər ikimiz onun gözlərini yayındıraraq nəsə gizlətdiyinin fərqində idik. Onun titrəyən dodaqlarından qopacaq sözü qorxu ilə gözləyirdik. Bacım qanı qaçmış dodaqları, titrəyən səsiylə yalvarmağa davam edirdi. Sürücü: hələlik salamatdılar, amma...g Vüqargil mühasirədədilər - dedi. Dünya başımıza fırlandı. Bacım bayıldı...g

Üç gün mühasirədə ac, susuz, qorxu içində...g Üç gündən sonra əsgərlərimiz mühasirəni çətinliklə yarıb, çıxa bilmişdilər...g

İndi o mühasirədə ölən, yaralanan, sarsıntı keçirən oğullara sonradan kimlərinsə: döyüşüb neylədiz ee, torpaqları verib gəldiz də...g deyəndə ürəyin necə partlamasın...g

Qardaşlarım cəbhədə olduqları müddətdə ətrafdakıları qorxutmasınlar deyə, ölümlər barədə heç nə danışmazdılar. Amma sonralar danışdıqları dəhşətlər bircə-bircə özüm yaşamışammış kimi beynimə həkk olunub...g

Bir komandirin, yaxud əsgərin satqınlığı, qorxaqlığı sayəsində yüzlərlə hadisələr baş verib. Xocalı müsibətində, sabah ildönümünü yad edəcəyimiz 20 Yanvar qırğınında yüzlərlə sakinimizi itirdik. Bütün bunlar, bunlardan da betərləri müharibə şəraitində ağır da olsa, qəbul olunur. Amma dinc şəraitdə üç gündən bir əsgər ölümü haqda eşitmək heç bir ölçüyə sığan deyil. Vətən yolunda qurban dediyimiz oğullar hansısa harın böyümüşün, başıpozuğun, yaramazın özbaşınalığının qurbanı olur. Bu problemi "şişirtməyin" əleyhinə olanlar da var və bunu "düşmən dəyirmanına su tökmək" kimi qiymətləndirirlər. Amma əsl düşmən dəyirmanına su tökənlər bu hadisəni törədənlər, buna şərait yaradanlar və nəhayət heç nə olmamış kimi bunu gizlətmək istəyənlərdir. Bu günahsız ölümləri gizlətməkdənsə, hadisənin cavabdehlərini güllələmək, bəli, məhz güllələmək, bununla da başqalarına dərs vermək, gələcəkdə olacaqların qarşısını almaq, orduya inamı qaytarmaq lazımdı. A.Abbasın "Allahı qatil edənlər" romanındakı intiqam səhnəsi kimi...g

Fəxrlə, bir az da kövrək, nigaran səslə "oğlum əsgərdi" deyən analar sonda beləmi qovuşmalıdı balasına? Susduqca nəyə vardıq bu illər ərzində? Bir deyil, beş deyil... Atəşkəs şəraitində niyə ölməlidi əsgərimiz? Müharibə zamanı "elnən gələn bəla"nı təmkinlə qaşılaya bilir analar. Amma öz millətindən(?) olanların əlində döyülərək ölmək heç cür qəbul edilə bilməz. Mən də əsgər anası olmuşam. Nə nigarançılıqlar keçirmişəm, "kişilik məktəbi"ni keçib gələcək oğluma qovuşacağım günləri necə həyəcanla saymışam...g

g O əsgəri öldürənlər bir ana da öldürdülər...g tək balasını öldürməklə ümidini, pənahını, sabahını əlindən aldılar, çırağını söndürdülər, ocağını kor qoydular...g Ana toxdaqdı hələ. Gələnlərin ayağı o evdən çəkiləndən sonra ayılacaq ana. Yara isti-isti çox ağrıtmır...g Yuxularında qovuşacaq balasına, bağrına basacaq. Yuxuda nişan aparacaq, gəlin gətirəcək. Yuxuda xoşbəxt olacaq o ana...g Peşman olacaq yuxudan ayıldığına...g təskinliyi məzarlığa qaçmaq olacaq...g

Analar övladlarını orduya, Vətəni qorumağa yox, ölümə göndərirlərmiş kimi qorxu içində olmamalıdırlar. Bəzi yolunu azmışların ucbatından xalqın orduya inamı qırılmamalıdı. Bugünkü gündə əsgəri ordudan soyutmaq müharibəni uduzmağa səbəb olmağa bərabərdi.

Əsgər şəhid olmalıdı, amma Qarabağ üçün, bütöv Azərbaycan üçün!

Fəridə RƏHİMLİ

f_rehimli@rambler.ru



İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK