ANA SƏHİFƏ / YAZARLAR

QANI İÇİNDƏ BOĞULAN SÖZ

Əbülfət MƏDƏTOĞLU

29008    |   2016-01-08 17:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mükafatların ən alisi DİQQƏT

Hərdən öz-özümə düşünürəm ki, görəsən bu dünyada ən böyük mükafat nədir və yaxud nədən ibarətdir? Təbii ki, belə düşünməyim sizə qəribə, hətta gülünc də gələ bilər. Amma mən sizin baxışlarınızı hiss edə-edə həmin o düşündüyümü təkrar ağlımdan keçirirəm. Və özüm də suala çevrilən o düşüncəmin müxtəlif cavablarını göz önünə gətirirəm, xatırlayıram. Lakin onların heç biri ilə razılaşa bilmirəm. Çünki Nobel mükafatından tutumuş üzü aşağı sovet termini ilə desək, «JEK-in tərifnaməsinə qədər, eləcə də elan edilən təşəkkür daxil olmaqla hər bir qiymətləndirmə mükafatdı. Və mən elə bilirəm ki, bu qiymətləndirmə, bu mükafat əslində insana bəlkə də bir borc kimi, bir xidmət kimi göstərilən münasibətdi, verilən dəyərdi. Və bu da müəyyən zaman keçəndən sonra pul xərclənib qurtarır, tərifnamələr də, diplomlar da arxivlərin bir küncündə «qış yuxusu»na gedir. Ona görə də bax, həmin o əvvəldə sual formasına saldığım düşüncəmin cavabını xeyli axtarmalı oluram və nəhayət, bu uzun axtarışlar yeni ilin ilk günlərinin birində öz cavabını ortaya qoydu. Baxıb gördüm, üstəlik həm də inandım ki, insana ən böyük mükafat sən demə diqqət imiş. Bu diqqət insanı ürəkdə, yaddaşda, cəmiyyətdə yaşadır, onun varlığını önə çəkir. Yeri gəlmişkən, elə buradaca onu da önə çəkim ki, hətta dünyasını dəyişənlərə, yəni ölənlərə də diqqət göstərəndə onların da ruhu şad olur, onlar bizimlə bir sırada dayanır. Bax, bu mənada yazılarımda, şeirlərimdə müxtəlif məqamlarda vurğuladığım həmin o diqqət sən demə, sözün bütün mənalarında insana verilən ən böyük mükafat imiş…

Bəli, Yeni ilin ilk həftəsində telefonuma gələn bir zəng məni bu yazını yazmağa vadar etdi. Demək olar ki, çox seyrək, necə deyərlər, xeyirdə, şərdə görüşə bildiyim tanışlardan biri məni təbrik etmək üçün telefonuma zəng çalmışdı. İki-üç dəqiqə danışdıq və bu iki-üç dəqiqənin içərisində həmin tanışım mənim son illərdə bir yazı adamı kimi hansı uğurları əldə etdiyimi, hansı kitablarımın çap olunduğunu, özü də harada işıq üzü gördüyünü, üstəlik də hansı yazılarımın onu razı saldığını o qədər səmimi şəkildə söylədi ki, ona inanın ki, heç nə deyə bilmədim. Susduğumu görüb sağollaşanda onu da əlavə etdi ki, görüşməsək də, mən səni izləyirəm!

Bəli, bu kəlmə artıq hər şeyi ifadə etdi. Və mən anladım ki, deməli, hansısa bir tanışın, hansısa bir oxucunun yadında, yaddaşında yaşayıram, hər gün onunla həmsöhbət oluram. Və bu söhbətlərimizin onu razı salan məqamları da, etirazına səbəb olan çalarları da var. Deməli, bölgələrimizin birində yaşayan bu insanın mənə ayırdığı diqqət ən böyük mükafat idi. Və mən o mükafatı bir ana südü kimi, bir halal haqq kimi canıma, ruhuma hopdurdum. İnanın ki, həmin günüm ömrümün bəlkə də yaşanan illərinin toplusundan qiymətli oldu, dəyərli oldu və içimdə bir ümid göyərdi ki, sən demə bu dünyanın sıra nəfərlərindən biri olsam da, mən kiminsə yerində durmamışam, kiminsə yerini zəbt etməmişəm, kiminsə yerini sıxışdırmamışam. Eləcə, Allahın mənə ayırdığı yerdə özümlə, öz işimlə məşğul olmuşam! Zənnimcə, bu mükafatı heç bir rəsmi orqan rəsmi bir şəkildə yaddaşlara, ürəklərə yaza bilməz….

Bəli, insan həyatı rəngarəngdi. İstər sıradan biri olsun, istər ən yüksək çinli məmur və yaxud bir aydınımız. Deməli, hər kəs öz mühitində, öz yerində həyatının rəngarəngliyini ətrafdakılara müəyyən vasitələrlə çatdırır. Belə götürək ki, bir əliqabarlı bənnanın divar hörmə səliqəsi müəyyən mənada onun maddi yaşamını təmin edirsə, mənəvi mənada da onu başqa bənnalardan ayırıb daha fərqli ünvanlarda, fərqli ölçülərdə divar hörməyə aparıb çıxarır. Bu gedişlər də onun həyatının rənglərini artırır. Çünki hər ünvanın və hər sifarişin sahibi də bir rəng ifadəçisidir. Deməli, bu mənada mən öz həyatımın rənglərini təkcə işimlə, sözümlə, yazımla deyil, həm də ətrafımdakı adamlara ötürdüyüm impulslarla naxışlayıram, cilalayıram. Onun tünd və yaxud açıq rəngdə olmasını isə mən nə qədər qiymətləndirsəm də, bu, təbii ki, mənim öz qiymətim olacaq. Ətrafın mənə verdiyi qiymət isə əslində həmin o diqqətdi. Ona görə də hər bir Allah bəndəsi ona yönəlmiş diqqəti duymağı, qiymətləndirməyi də bacarmalıdı. Əks halda o diqqət bir tünd qara rəng kimi ünvan sahibinin üstünə kölgə salacaq və o qara rəng o kölgəni tündləşdirib unutduracaq həmin adama, həmin ünvana. Zənnimcə bu da insanın, təbii ki, normal insanın faciəsidi. İstər sağlığında, istər dünyasını dəyişəndə unudulanlar mənim düşüncəmə görə elə haqq etdikləri qara rəngin qurbanları sayıla bilər. Zənnimcə, ən böyük mükafata sahib olmaq istəyənin özü də qarşı tərəfə həmin o diqqəti yönəltməlidi. Onda yaşamaq daha mənalı olmaqla yanaşı, həm də ümidverici olur. Çünki sən gözlədiyin kimi səni də gözləyirlər. Bir az da açıq ifadə etsəm, gözləyənin varsa, deməli, sən də gözləyənini gözləyirsən…

Bir az pafoslu, bir az qarmaqarışıq, bir az da fəlsəfi bir formada təqdim etdiyim bu fikrin ifadəsi olan və iki il öncə yazdığım misralar indi əlimdən tutur. Çünki onun məqamıdı, onun yeridi.

Bir üzü dumana getdim

Eləcə, gümana getdim

Yubana-yubana getdim -

Məni heç kim gözləmirdi…

Bir çapıq daşa söykəndim

Elə bil canlı heykəldim.

Tək, için-için söyləndim -

Məni heç kim gözləmirdi…

Xəşəm sünbülümü biçdim

Ümidin üstdən su içdim…

Gördüm ki, yox idim, heçdim -

Məni heç kim gözləmirdi…

***

İnsan özünü dəyərləndirməyi bacaranda gərək ağılla ürəyi üz-üzə gətirsin, qarşılaşdırsın. Ağılın söylədiyini ürəyin duyduğuyla bir müstəvidə dinləyəndə, müşahidə edəndə məncə ədalətli qərar vermək nisbətən asan olur. Çünki ağlın dərk etdiyini, düşündüyünü, ürəyin duyduğu və yaşadığını bir-birinə qarışdırıb, ələyib ələkdən keçirirsən. Ortada qalan özü sənə qərar verməkdə bir növü kömək edir, vasitəçi olur. Və köməyi bu vasitəçinin hesabına qəbul etdiyin qərar səni vəziyyətdən çıxarır, səni gülüş obyektinə çevirmir. Ən azından görürlər ki, sən bacardığını, gücün çatanı edirsən. Bacardığın kimi, gücün çatan kimi yaşayırsan…

Hə, bu söylədiklərim bir yazı adamı kimi mənim özümə də hamıdan çox aiddi. Yəni qələmlə kağızı görüşdürəndə ağıldan və ürəkdən süzülüb gələnləri bir anlıq həmin o ələkdən keçirmək imkanına şərait yaradanda oxucu artıq ona çatan yazının, sözün içində iynə ucu boyda da olsa bir işıq görür. Təbii ki, bu işıq yazanın ürəyinin və ağlının məhsuludu. Ona görə də görünür və qəbul olunur. Şəxsən mən bu məntiqi özüm üçün bir növ kredoya çevirmişəm. Çalışmışam ki, sözümün, yazımın içində həmin o iynə ucu boyda işıq hiss olunsun, duyulsun, görülsün. Amma…

Bəzən qarşılaşdığım yazı-pozunun içərisində saatlarla baş sındırıb, o işığı tapa bilmirəm. Onda o yazının sahibindən çox özümə yazığım gəlir. Çünki diqqətimi, gözümün nurunu, vaxtımı kül içində qor axtarmağa sərf etmişəm. Amma sən demə, bu min illik kül imiş və bu kül əslində öldürülən sözün çürüntüsü, qalığı imiş. Çox təəssüf…

Bəli, indi sözün meydanı geniş, yazmaq, çap olunmaq, yayımlanmaq imkanları hüdudsuzdu. Belə bir zamanda köhnə kişilərin dediyi kimi, «tənbəkinin bol vaxtında Hətəmin də, Hütəmin də, lap elə yoldan ötənin də» siqaret közərtməsi heç də yaxşı hal deyil. Çünki onun ziyanlı tərəfi faydalı tərəfindən qat-qat çoxdu. Bax, bu mənada sözü öldürənlərin də sözü yaşadanlara və sözün özünə vurduqları zərbə bağışlanılmaz cinayətdi. Təəssüf ki, bu cinayətin maddəsini və cəzanın növünü hələ ki, heç harda oxumamışam, görməmişəm, qarşılaşmamışam. Amma içimdə bir inam var ki, nə vaxtsa bu cəza da müəyyən olunacaq və bu cəzanın da maddəsi hüquq külliyyatına daxil ediləcəkdi. Yoxsa sözün soyqırımı, Sözün öldürülməsi baş alıb gedir. Adamın Sözü təkcə yazığı gəlmir. Həm də ürəyi ağrıyır. Söz isə qan içində boğulur.

Mən bunları elə-belə nəyinsə xatirinə yazmadım. Həmin o gördüyüm, diqqətin mənə etdiyi təsir bu fikirləri söyləməyə məni həvəsldəndirdi, məni inandırdı. Mən də elə o həvəslə, o istəklə də bir vaxtlar yazdığım misraları xatırladım.

Sözün

üzünü gördüm

dilinin ucunda

solmuş

çiçək kimi…

Sözün

düzünü gördüm

dilinin ucundakı

solmuş çiçəkdən

tökülən

ləçək kimi -

yaraladı içimi…

sözün

özünü gördüm

dilinin ucunda

solmuş çiçəkdən

tökülmüş ləçəkdən

hörülmüş əlcək kimi

atılıb qalmışdı

ortada

gözləyə-gözləyə

fikirli-fikirli…

qan apardı içimi…

***

Bəli, Yeni ilin yeni ayının ilk ön günü arxada qaldı. Gəldik on gün, Yeni illə yanaşı. Amma açığını deyim ki, mən hələ ötən ilin şinelindən tam çıxa bilməmişəm. Bilmirəm bu, cəmiyyətdəki durumla bağlıdı, iqtisadi böhranla bağlıdı, yoxsa havaların sərtliyi ilə. Əslinə qalsa bunların hamısı bütövlükdə və ayrı-ayrılıqda köhnə ilin şinelindən çıxmamaq üçün bir bəhanədi. Çünki mən keçmişdən qopmağı, uzaqlaşmağı heç vaxt ürəkdən istəməmişəm. Daha çox orda qalmağa, orda gördüklərimin, içərisində olduqlarımın ətəyindən, aurasından yapışıb qalmağa üstünlük vermişəm. Ona görə də dostlar məni həmişə köhnəliyin nümayəndəsi hesab ediblər. Hətta dostum Murad Köhnəqala 7 il bundan öncə mənim 50 yaşımla bağlı yazdığı yazısında vurğulamışdı ki, «Əbülfət Azıx adamıdı!».

Kimlərsə bunu harasa yozur. Mən bu yozumlara reaksiya vermədim. Çünki ən qədim yaşayış məskəni olan Azıx mağarası mənim doğulduğum kəndin dizinin dibində idi və mən də o mağaradan ayrılmaq istəməmişəm heç vaxt. Sevinmişəm ki, Azıx adamı olmuşam. O adamlar pak, təmiz, halal olduqları üçün və bir də onlar heç kimin, heç nəyin və hətta sözün də qatili olmayıblar!.. Bu da belə… Sonda:

Vərəqlə söz dünyamı,

Bu ocaq köz dünyamı,

Sən mənim öz dünyamı -

Özümdən oxu…

Göy üzünə baxanı,

Yandıranı, yaxanı,

Sən açılan yaxanı

Gözümdən oxu…

Olumumu, ölümü

İllər üzən gülümü,

Əl üşüdən külümü

Közümdən oxu…

Nə yaşadım, nə gördüm

Qum ələdim, daş hördüm…

Mən sizlərə nə verdim?-

Sözümdən oxu!..





İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK