deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "Nə bildin ürəyim tufan axtarır?" Adalet.az | "Nə bildin ürəyim tufan axtarır?" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Nə bildin ürəyim tufan axtarır?"

8882    |   2015-10-31 09:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şair Musa Ələkbərli ilə payız ovqatlı söhbət

Tədqiqatçılarından biri onu ən iddiasız şair adlandırıb. İddiası olmasa da, istedadına görə poeziyamızda öz yeri olan şair Musa Ələkbərlinin bir istəyi var- şeirləri, kitabları yayılsın, yazdıqları oxucu nəfəsi hiss etsin.
Yağışlı, çiskinli bir payız günü şairlə qabaq-qənşər oturub söhbətləşdik.

"Ayaqda deyiləm, ayaq üstəyəm"

- Bəzən deyirlər ki, payız şairlərin fəslidir. Şair Musa Ələkbərli bu vaxtlar özünü necə hiss edir?
- Əla hiss edirəm. Yayın istisində qələmdən, kağızdan uzaq düşürəm, payız fəslində isə tamam özgə bir ovqatda oluram. İnan Allaha ki, şeirlərimin çoxunu elə payızda yazmışam. Payızın özünə həsr etdiyim çoxlu şeirlərim var, birini də bu günlərdə tamamlamışam, "Bu ilin payızına" adlanır. Hələ heç kompüterə də köçürülməyib, istərdim ki, ondan bəzi parçaları elə ilk dəfə "Ədalət"in oxucularının diqqətinə çatdırım:

Qara bir bulud tək çökdün başıma,
Şırrama, şıdırığı yağışla gəldin.
Ağlar bir ürəklə çıxdın qarşıma,
Dumanlı, çiskinli baxışla gəldin.

Sənin gəlişinə qurban, ay payız,
Nə bildin ürəyim tufan axtarır?
Qəlbimdə boy verən ümman, ay payız,
Gözümdən axmağa imkan axtarır.

Sən necə duydun ki, yaralı quşam?
Dil-dil ötmək üçün bir himə bəndəm.
Danışsam, bilərdin niyə susmuşam.
Dinəndə sınası bir simə bəndəm.

O tilsim Şuşada, Laçında qalıb,
İllər ötüb keçir, açarı yoxdur.
Əsir gözəllərin saçında qalıb,
Qeyrətin bizim tək naçarı yoxdur.

Bir ovuc torpağam, yarlı torpaq,
Ayaqda deyiləm, ayaq üstəyəm.
Baltalanıb ağac, budanıb budaq,
Dayağı üzülən dayaq üstəyəm.

Gəlib Sumqayıtda göz yaşı tökür,
Qubadlıdan gələn duman, ay payız.
Yağı Kəlbəcəri talayır, sökür,
Gözümdə sozalır ümid, ay payız.

... Bir sonu varmı ki, səni duyam mən,
Bu yercə dərdimin, göycə dərdimin.
Hələlik, ümidi, inamıyam mən,
Qarabağ dərdimin, Göyçə dərdimin.

...Bəlkə də haçansa duyulacaqdır,
Payızlaşan ömrüm, qışlaşan ömrüm.
Sənin göz yaşınla yuyulacaqdır,
Bir qəbir üstündə daşlaşan ömrüm...

... Onsuz da yollarım dirənib dağa,
Saxla göz yaşını, saxla, ay payız.
Getsəm dağ olaram qara torpağa,
Mən bu sinəmdəki dağla, ay payız.

"Tanrının yazdığına
inanmamaqmı olar? "

- Şairlərin bir sevimli məşğuliyyəti də var-dağlarla söhbətləşmək. Dağlar qoynunda- Gədəbəydə doğulan Musa Ələkbərli də istisna deyil yəqin...
- Bu sualın məni çox uzaqlara-ötən əsrin 70-ci illərinə apardı. Orta məktəbin VII sinfində oxuyandan şeirlərim rayon qəzetində dərc edilirdi. Bakıdakı redaksiyalara göndərdiyim şeirlərə bir cümləlik şablon cavablar alırdım-"Şeirləriniz bədii cəhətdən zəif olduğundan çapa məsləhət görülmür". Bir dəfə ilk qələm təcrübələrimdən bəzilərini "Azərbaycan gəncləri" qəzetinə göndərmişdim. Gördüm redaksiyadan cavab gəlib, məktubu da ədəbi işçi F. Qoca yazmışdı, qəribə idi ki, özü də əlyazma ilə. Görünür qələmə aldığım o cızma-qaralardakı hisslərin səmimiliyi bu gün Xalq şairi kimi tanınan Fikrət Qocanın xoşuna gəlmişdi və standart cavab göndərməyə əli gəlməmişdi, çox isti, gözəl sözlər yazmışdı məktubda. Məhz Fikrət müəllimin həmin o məktubu məndə dərin bir inam hissi oyatdı. Göndərdiyim şeirlərin içərisində dağlara yazdıqlarım da var idi. Sən deyən kimi, gözümü açıb dağları görmüşdüm, başqa nədən yazmalıydım ki? Rəhmətlik Hüseyn Arif "Dağlar" adlı şeirimi dinləyəndən sonra mənə "Uğurlu yol" yazıb. Elə o vaxtdan mənin dağlarla söhbətim yaxşı alınır. Bu gün isə dağlar mənim yaralı yerimdir:

Biz dağlara könül verdik, biz dağlara neylədik?
Bir tərəfdən balta çaldıq, bir tərəfdən göynədik.

Başqa bir şeirimdə isə belə deyirəm:

Dağların da öz dağı var,
Yandıracaq, yaxacaq.
Quruyan o bulaqları,
Gözümüzdən axacaq.
Səmimiyyətimə inan, ali məktəbi bitirəndən sonra Bakıda qalmaq istəyim yox idi, doğma yurduma, dağların yanına qayıtmaq istəyirdim. Hətta o illərdə "Gəl gedək dağlara, şəhərli qızı" adlı silsilə şeirlər də yazmışdım və bu şeirlər populyarlıq qazanmışdı.
- Qızlar sairin sözünü dinləmədilər və siz də qayıtdınız Bakıya...
- Paytaxta dönməyim başqa səbəbdən oldu, rayon təhsil şöbəsinin müdiri məni işə götürmək istəmədi. Pul istəyirdi, məndə isə ona verəsi pul nə gəzirdi... Həyatın çox qəribə işləri var, qardaş, ilk kitabım çıxanda həmin müdiri Bakıda, Natəvan heykəlinin qarşısında gördüm, qoltuğunda da mənim kitabımdan 5-6 dənəsi...
- Alın yazısına inanırsız?
- Əlbəttə inanıram. Tanrının yazdığına inanmamaqmı olar?
- Alın yazısı şeir kimi yazılır, yoxsa hekayə kimi?
- Baxır adamına, məndə yəqin ki, şeir kimi yazılıb.
- Şair olduğunuza görə bu qənaətdəsiniz?
- Təkcə şair olduğuma görə yox, şeirə vurğunluğuma görə. Mən elə gözümü açandan şeirlə, sözə böyümüşəm. Amanın laylasını, atamın dediyi şeirləri eşitmişəm. O zaman nə bilirdim ki, şair olacam. Orta məktəbdə ədəbiyyat müəllimlərim- Allah hər ikisini rəhmət eləsin, Məhər müəllimlə, Şəmşad müəllim məndə şeirə, poeziyaya həvəsi bir qədər də gücləndirdilər. Necə deyərlər, şair olmağı mənim boynuma qoydular.
İlk şeirim heç vaxt yadımdan çıxmır:

Baharın çağında ay gözəlim, sən,
Arının yerini çiçəkdən soruş.
Şeir yazmağımı bilmək istəsən,
Qəlbimi coşduran diləkdən soruş.

Camalın yaranıb eşqimə qüdrət,
Deyirdim sevirsən, sən məni əlbət.
Söyləyirsən, nədir sevgi, məhəbbət?
Sevən bu ürəkdir, ürəkdən soruş.

Cəmi iki bənddən ibarət bu şeir əmim oğlu Cahanın və jurnalist Firudin Hüseynovun köməyi o vaxt bizim Gədəbəyin "Tərəqqi" qəzetində dərc olundu. Onların hər ikisini daim rəhmətlə anıram.
- Şair, bir az da siyasətdən danışaq. Sabah ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Musa Yaqub bir zamanlar parlamentdə təmsil olunub, digər adaşınız-Musa Urud yenidən namizədliyini irəli sürüb. Musa Ələkbərli niyə deputat olmaq istəmir?
- Musa Yaqub bizim ustad şairlərimizdəndi. O, deputat olmazdan əvvəl də, parlamentdə oturanda da, indi də poeziyaya, sözə qulluq edib, gözəl şeirlər yazıb. Allah onun canını sağ eləsin.
Musa Urud səmimi insan, maraqlı şeirlər müəllifidir. Bir dəfə mənə dedi ki, adaş, təzə şeirlər kitabı hazırlayıram, istəyirəm redaktoru sən olasan, ola bilsin bu mənim şair kimi sonuncu kitabım olsun, çünki deputatlıq vaxtımı çox alır.
Açığı, onun bu sözü məni yaman tutdu, çox istərdim ki, Musa Urud fəal ictimai fəaliyyətlə yanaşı, poeziya ilə də məşğul olsun, oxucularını yeni şeirlərlə sevindirsin.
Özümə gəlincə, qardaş, mənim necə deyərlər, bineyi-qədimdən siyasətə marağım olmayıb. Mənim bu həyatdan umacağım çox az şeylər var. Tanrıma qurban olum, məni də belə yaradıb. Könlümcə olan şeirləri yaza bilsəm, kitablarım çap olunub yayılsa, oxucuya çatsa, həmin kitablarıma oxucu nəfəsi dəysə, bu mənə yetər.
- Tədqiqatçılarınızdan biri yazmışdı ki, Musa Ələkbərli ən iddiasız şairdi. Belə görünür ki, düz yazıb...
- Rövşən Yerfinin məqaləsini nəzərdə turusansa, sağ olsun, dübbədüz yazıb.
- Söhbətə başlayanda payızdan danışdıq, qarşıdan isə qış gəlir. Şair qışa təzə seirdən, kitabdan nə tədarük edib?
- Bayaq təzə şeirlərimdən birini oxudum, beləsi çoxdu. İndi saf-çürük edirəm, növbəti bir kitab çap etdirmək istəyirəm. Tanrı başa gətirsə, qışa əliboş getmərəm.




YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK