ANA SƏHİFƏ / YAZARLAR

AYDIN MUROVDAĞLI: "YUXUSUZ İŞIQ"

ƏDƏBİ HƏYAT

19603    |   2012-10-13 00:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aydın Murovdağlının şeirlərini onunla şəxsən tanış olmamışdan çox-çox əvvəllər izləmişəm. Hər dəfə bu şeirlərdə nəsə tapmağa çalışmışam, şairin poetik inkişafını izləmişəm. Onun qaynar ədəbi mühitdən (Bakıdan) uzaqlarla yaşaması da bir şair kimi tanınmasına və sevilməsinə mane olub.Ancaq buna baxmayaraq "Azərbaycan", "Ülduz" jurnallarında çap olunmağı az da olsa, belə bir imzanın mövcudluğunu sübut edir. Xatırladak ki, adını çəkdiyim jurnalların oxucuları indi az da olsa, onların hər biri professional oxuculardır. Bir də ki, Nizami yurdu Gəncənin ədəbi mühitini də unutmaq olmaz. Ora əyalət damğasını vurmaq olmaz. Gəncədə hal-hazırda maraqlı qələm sahibləri yetişməkdədir.
   
    Mən Aydın Murovdağlının "Yuzusuz işıq" hələlik sonuncu adlandırılan şeirlər kitabı ilə tanış oldum. Burada mənim indiyə qədər oxumadığım, tanış olmadığım şeirləri də gördüm. Təəssüratım xeyli artdı.
   
   Aydın Murovdağlı müasir Azərbaycan poeziyasının bir qütbü kimi formalaşan vətənpərvərlik lirikasının gözəl nümunələrini yaradan şairlərdəndir. Bu mənada onun ustadlarını - B.Vahabzadəni, M.Arazı, S.Tahiri, B.Azəroğlunu,S.Rüstəmxanlını, M.İsmayılı xatırlayaq və A.Murovdağlının şeirləri ilə bu ustadların şeirləri arasında yaxınlığı asanlıqla hiss edə bilərik. Təsmr var, amma təqlid yoxdur, A.Murovdağlı vətən mövzusunda şeirləri ilə bir kimsəni yamsılamamışdır.
   
   Ünlədim, keçmədi ün arasından,
   
   Pərdədir, asılıb çən arasındang
   
   Azərlə baycanın tən arasından,
   
   Bir qəmli çay axır, adı Arazdır!
   
   Əksər Azərbaycan şairlərinin müraciət etdiyi Araz mövzusuna Aydın Murovdağlı da müraciət edir və indi görəcəksiniz ki, bu şeirdə ifadə olunan poetik məzmun orijinaldır
   
   Dünya anasıdı yas ilə toyun,
   
   Durnalar, dərdimi dinləyin, doyun...
   
   O tay qara oyun, bu tay ağ oyun,
   
   Bu Vətən şahmatdı, matı Arazdır!
   
   
   
   Suyunu ovcuma isirəmmirəm,
   
   Boyunu gözümə köçürəmmirəm,
   
   Üstündən o taya keçirəmmirəm,
   
   Göz yaşım suyunda batır, Arazdır!
   
   
   
   Tikanlı məftillər yolları boğdu,
   
   Bu yurdda torpaq da, ölüm də toxdu...
   
   Yüz ildir çağırıb ayıldan yoxdu,
   
   Həsrətə baş qoyub yatır, Arazdır!
   
   
   
   Daşlar da yaylıqdı-göz yaşı silən,
   
   Bölüb yolları da, vətəni bölən...
   
   Bir xalqın ağrısı sığışa bilən,
   
   Mənim ürəyimin çatı Arazdır.
   
   Şeirin intonasiyası da onun məzmunundan xəbər verir. Məsələ burasındadır ki, Aydın Murovdağlının vətənpərvərlik ruhlu şeirlərində çılpaq publisistikadan gələn plakatçılıq, ictimai-siyasi hadisələrin sxematik ifadəsi yox dərəcəsindədir.Çünki onun şeirlərinin heç biri konkret bir ictimai-siyasi hadisənin təsviri ilə bağlı deyil. Ümumən Vətənin böyük dərdləri bu şeirlərin əsas mövzusudur.Şair bu tipli şeirlərdə fikir və duyğularını ifadə etmək üçün məhz şairanə obrazlar, bədii təsvir vasitələri seçə bilir. "Yadlar çırpan, qurd-quş yeyən xartut Vətənim", yaxud "Dərdim hər addımımda qəbrimi qazıb, yurdum, Beyrəyin nəfəsindən at nalı kəsdir, Vətən! Yatdığın bəsdi. Vətən!"
   
   Bundan sonra gəlir Aydın Murovdağlının təbiət şeirləri. Bu şeirlərində Aydın daha çox romantik şair kimi diqqəti cəlb edir. Təğiətə aid şeirlərinin demək olar ki,hamısı peyzaj xarakterlidir.Biz bilirik ki, təbiət şeirləri təkcə tərənnüm üçün yazılmır. Təbiət-cəmiyyət münasibətləri, insan və təbiət qarşılığı bu şeirlərin əsasını təşkil edir. Məmməd Arazın, Hüseyn Arifin, Nəbi Xəzrinin, Musa Yaqubun, Məmməd Aslanın, Hüseyn Kürdoğlunun şeirləri əsasən bu səpkidədir, onların hətta peyzaj şeirlərində də insanın və cəmiyyətin əks-sədasını eşidirik. Aydın Murovdağlının şeirləri isə nə etmək, təbiəti vəsf etmək marağıyla yazılmışdır. Heç şübhəsiz, təbiət şeirləriylə bağlı bu boşluq aradan qaldırılacaq. Amma şeir şeirdir. Aydının təbiət şeirlərində bədii təsvir vasitələrinin gözəllikləri ilə qarşılaşırıq.Xüsusilə bu şeirlərdə metaforik düşüncə tərzi xösusilə diqqəti cəlb edir.
   
   Yağışlar-göyləri saxlayan sütun,
   
   Sular qaranlığı çəkib aparır.
   
   Qanlı caynağından alıb sükutun.
   
   Külək qoltuğuna yığıb aparır-
   
   Gecə yağışının pıçıltısını!
   
   
   
   Küçə fənərləri-işıq harayı,
   
   Yaz yeli çarpdırır səni at kimi!
   
   Səsini içinə çəkib dağ çayı,
   
   Dinləyir ah-nalə, muğamat kimi-
   
   Gecə yağışının pıçıltısını!
   
   Yaxud:
   
   Bu bahar yuxulu, mürgülü gəldi,
   
   Qar örtdü gözünün sürmələrini.
   
   Bahar öz bəxtindən küsülü gəldi,
   
   Qırdı yaxasının düymələrini.
   
   
   
   Yazın yuxusuna qar ələnirdi,
   
   Zaman təbiətə-uyu deyirdi,
   
   Yuxulu meşələr silkələnirdi,
   
   Yaşıl puçurların köksünü yarıb,
   
   Bu bahar işığa iməkləyirdi...
   
   Təbiət şeirlərində olduğu kimi sevgi və digər mövzularda yazdığı şeirlərində də Aydın Murovdağlı öz üslubuna, fərdi deyim tərzinə sadalamaq qalır. Bu fərdi deyim tərzinin mahiyyəti bundan ibarətdir ki, fikri, məzmunu bədii dona salmaq üçün bədii təsvir vasitələri mühüm rol oynayır. "Sənin şəhərin" şeirində sevən insan etiraf edir ki. "Mən səni sevəndə, bil, bu şəhərin. Ahımla şəklini göyə çəkimişəm. Hər gecə göydəki qoşa ulduza, sizin rənginizdən boya çəkmişəm". Ümumiyyətlə, Murovdağlının sevgi şeirlərində maraqlı nüanslar diqqəti cəlb edir . Aşiq olan insanın fərdi yaşantıları, sevdiyi qadına münasibətində ən gözəl, ən optimal, ən münasib sözləri seçib onun obrazını yaratmaq bu şeirlərdə xüsusilə nəzərə çarpır.
   
   Sənin bayoamına dərdim nökərdi,
   
   Ölüncə bu haqqın qurbanı olum!
   
   Gözlərin gözümdə qoşa ülkərdi-
   
   Gülüşün gül açsın, bağbanı olum!
   
   
   
   Kefləndim sənin tək şərabdan, meydən,
   
   Göz yaşım ömrümü bükübdü zərə!
   
   Ahım silkələyir, ulduzlar göydən-
   
   Bayram noğulu tək tökülür yerə!
   
   Sonuncu iki misra mənə Füzulinin bu beytini xatırlatdı: "Deyil bihudə cər yağsa fələkdən başıma daşlar, Binasın tişeyi ahımla viran etdiyimdəndir". Əlbəttə. Aydının ahının silkələnməsi ilə göydən yerə tökülən noğulla Füzulinin ahı ilə yaranan mənzərə arasında zəmin-asiman fərq var. Amma hər halda Füzulidən bəhrələnəb nəsə bir mübaliğə işlətmək heç də pis deyil və mən çox arzu edərdim belə füzuliyanə beytlər Aydının şeirlərində çox olsun.
   
   Aydının kitabında "Yuxudan duram ki.." rubrikası da var və bu rubrikada olan şemrlər gününlə, həyatın sərt çağlarıyla, xeyir və şərin mübarizəsiylə bağlıdır. Sanki təbiət gözəlliklərindən və sevgi nəşəsindən ayrılıb birbaş həyatın, insan münasibətlərinin içinə doğru bir yürüş var.Görün nələr söyləyir şair:
   
   Birinə Vətən-Vətən,
   
   birinə puldu, zərdi,
   
   Bəzən kabab şişiqdə
   
   duzlandı Vətən dərdi.
   
   
   
   O qalanı uçurdular,
   
   yerə düşən daşı sənsən,
   
   O palıdı yıxdılar ki,
   
   başa çatmış yaşı sənsən.
   
   Bu ağrının yaddaşı mən,
   
   yoxluğun yaddaşı sənsən,
   
   Sürün, qoca, sürün
   
   dünyadan o üzə!
   
   
   
   İçində nəyin var yığ papaqlar,
   
   Sığış papaqlara, sığ papaqlara...
   
   Başın açılanda çox papaqlara.
   
   Qırılıb içinə tökülən adam...
   
   Nizami Aydına həsr olunan "Portret" şeirini özünəməxsus tərzdə təqdim edir.
   
   Aydının satirik ruhda olan şeirləri də var və həmin şeirlər "Bu qara qarğalar nə danışırlar" rübrikası altında təqdim olunur.
   
   "XXI əsrin canavarı", "Canavar", "Canavar ad alıb", "Bu itin yiyəsi kimdi, ay allah...", "Bu qara qarğalar nə danışırlar?!", "Siçanlar", "Qara pişik", "Balıq", "Sarı Hörümçək" və s. şeirlərdə cəmiyyətdə baş verən haqsızlıqlar, Şərin meydan sulaması, çox zaman gözəllik qanunlarının pozulması "qara pişik"lərin, "sarı hörümçəklərin" meydan sulaması kəskin tənqid hədəfinə çevrilir.Nə qədər Ki, bu mənfi tiplər yaşayır,cəmiyyətdə həmişə belə xaos, belə xoşa gəlməzmənzərələr yaranacaqdır.
   
   Kömürdən sıyrılır, hissdən sıyrılır.
   
   Dərddi, quyruğundan başına qədər.
   
   Qaradır hissindən huşuna qədər,
   
   Bu qara pişiyin allahı yoxdu.
   
   "Poeziya, mən səndən doğulacağam" başlığı altında bir neçə şeir Şair və Dünya, Şair və Zaman paralelləri üzərində qurulub. Poeziyanın bu təzadlı və mürəkkəb əsrdə nəyə qadir olması və harada, hansı məqamda söniəsi, zəifləməsi, ancaq bütün bunlarla bərabər yenə də öz missiyasını şərəflə davam etdirməsi o şeirlərin başlıca məzmununu təşkil edir.
   
   Aydın Murovdağlıqın şeirləri haqda bu qeydlərimi də onun "Tanrı, məni niyə şair yaratdın?!" şeiri ilə başa çatdırmaq fikrində idim. O şeirə cavab olaraq deyə bilərəm ki, nə yaxşı Tanrı Aydın Murovdağlı adlı bir Allah bəndəsini şair yaradıb. Sözün Aydın Murovdağlı çalarını yaradıb!. Uğur olsun deyirəm...


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-04-23
2018-04-22
2018-04-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK