ANA SƏHİFƏ / YAZARLAR

Tanrının düz çıxmayan vədi

256242    |   2012-04-19 16:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsan yaradılış aləminin ən şərəflisi adlanır. İnsan mahiyyətcə nədir? Nə üçün yaradılıb? Bu sualın cavabında Tanrı bu varlığı yalnız Ona ibadət etmək üçün, Ona həqiqi bəndəçilik etmək üçün yaratdığını bildirir. Yəni həqiqi insan yalnız Allah bəndəsi olmalı, Onun göstərdiyi yolla getməlidir. İnsanın kamilliyi, böyüklüyü bəndə olmaqdır, yalnız Allaha, başqalarına deyil. Yalnız Allaha bəndə olmaq insana şərəf gətirər, onu ucaldar və Allah-Təalanın insan üçün təyin etdiyi ülvi məqama çatdırar.
   
   Allah "Mən yer üzündə öz xəlifəmi qərar verirəm" deyərək mələklərə xitab etdiyi zaman mələklər: "Sən fəsad əhli yaratmaq istəyirsən?" deyə soruşdular. Allah-Təala isə: "Mən bildiyimi siz bilmirsiniz" deməklə hökm etdi ki, insan onların güman etdikləri kimi nahaq qan tökən və fəsad törədən yox, əksinə, niyyət və əməllərinə görə fəxr olunmalı, nümunə göstərilməli bir varlıqdır. Tanrının hökmündən üstün hökm yoxdur... Amma...
   
   Erməni əsilli Zori Balayan adlı şəxsin "Ruhumuzun canlanması" kitabından bir hissə:
   
   "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən (söhbət Xocalıdan gedir-N.Ş.) əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu 13 yaşındakı türkə onların atalarının bizim uşaqlara etdiklərini etdim. Başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı yeddi dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. İlk sənətim həkimlik olduğuna görə humanist idim, buna görə də türk uşağına etdiyim bu əməllərə görə özümü xoşbəxt saymadım. Amma ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürurlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha üç türk uşağına etdik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim".
   
   Dəhşətli səhnədir... və bu səhnəni yaradan fiziki quruluşuna, yəni iki ayağı, beş barmağı və s. olduğuna görə insan adlanır. Asilik çıxmasın, bəlkə mələklər haqlıymış?... Yox mən həmin erməni məxluqu qədər dar düşüncəli deyiləm ki, bütöv bir milləti insanlıq həddindən çıxmaqda ittiham edim (hərçənd ki, belə bir canlının bu vaxtadək daşqalaq olunmaması da ümummilli qüsurdu).
   
   Bu gün bəşəriyyət insan kimi yaşamağa, yəni insanlığa həsrət qalıb. Sanki insanların böyük əksəriyyəti sevməyi, mərhəmət etməyi, bağışlamağı, yardım etməyi unudub, ən ülvi bəşəri duyğulardan uzaqlaşıb. Halbuki biz mələklərin belə, qibtə edəcəyi mərtəbədəyik. Bu mərtəbənin qədrini bilmədiyimiz və insanlığa layiq davranmadığımız üçün heyvanlardan da aşağı səviyyəyə düşürük. Sanki indi bütün gözəl hisslər insanları tərk edib, bu hisslərin yerini kin, nifrət, qəzəb, qısqanclıq, intiqam tutub. Qəlblərimiz sevgisiz qalıb, düşmənçilik hissləri bütün mənliyimizi əhatəyə alıb. Kinlə, nifrətlə oturub-dururuq, düşüncələrimiz mütəmadi olaraq pislik etməyə "köklənib". Ətrafımızdakıları yandırıb-yaxmağa cəhd edirik, hər şeyi özümüzə uyğunlaşdırmağa çalışırıq, bizə uyğun gəlməyən hər şeyə düşmən kəsilirik, başqalarını təsirimiz altına almaq üçün onlara ən ağır işgəncələr verməkdən, böhtan atmaqdan belə çəkinmirik. Bu gün bəşəriyyət insan kimi yaşamağa, yəni insanlığa həsrət qalıb. Sanki insanların böyük əksəriyyəti sevməyi, mərhəmət etməyi, bağışlamağı, yardım etməyi unudub, ən ülvi bəşəri duyğulardan uzaqlaşıb. Halbuki biz mələklərin belə, qibtə edəcəyi mərtəbədəyik. Bu mərtəbənin qədrini bilmədiyimiz və insanlığa layiq davranmadığımız üçün heyvanlardan da aşağı səviyyəyə düşürük. Sanki indi bütün gözəl hisslər insanları tərk edib, bu hisslərin yerini kin, nifrət, qəzəb, qısqanclıq, intiqam tutub. Qəlblərimiz sevgisiz qalıb, düşmənçilik hissləri bütün mənliyimizi əhatəyə alıb. Kinlə, nifrətlə oturub-dururuq, düşüncələrimiz mütəmadi olaraq pislik etməyə "köklənib". Mən bütün bunları qəsdən ümumiləşdirdim. Çünki vandalizm bir millətə qarşı ola bilməz. Bu bütövlükdə insanlıq faciəsidir və bu planetdə insan olaraq yaşayan hər bir kəs Tanrının mələklərə verdiyi vədin düz çıxmamasına görə cavabdehdir...
   
   Düzdür, tarixən belə şeylər olub, bütün dövrlərdə haqsızlıqlar, vəhşiliklər baş verib. Ancaq budəfəki hər dəfəkindən daha dəhşətlidir. Qloballaşan və texniki baxımdan sürətlə inkişaf edən dünyada pis niyyətlər sürətlə yayılır. Hər yerdə xəzan var, insanlar saralmış yarpaqlar kimi tökülür. Fransada insan adlı canlıları yaşıllıq nümunəsi kimi təqdim etdiyi zamanda...


YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-06-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK