warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | QONŞU QIZ Adalet.az | QONŞU QIZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QONŞU QIZ

24172    |   2012-01-14 06:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ayrılıq qatarı,
   
   Uğultuyla bölüb getdi dünyanı.
   
   Gecələri yuxumda
   
   Gündüzləri xəyalımda böyütdüyüm
   
   Al yanaqlı laləmi
   
   Dartıb apardı...
   
   
   
   Hardan ağlına gəldi ki, günün birində bu şeiri mənə göndərəsən?! Nə bildin ki, bu çağlar eynən belə duyğularla üzülürəm?! Nədi bu?! Beyinlər arasında sirli, gizli əlaqə, yoxsa, ruh, düşüncə yaxınlığı?! Hər nə isə... minnətdaram, əziz dost! Çox minnətdaram...
   
   Bəs, deyirdilər, gözdən uzaq olan könüldən də iraq olar?! Niyə hərdən doğrultmur özünü bu sınanmış deyim? Sınansa da, hamıya, hər ürək sahibinə aid eləmək olmur bunu. Yəqin bunu deyənin elə özü etibarsız olub, öz unutqanlığına haqq qazandırmaqçün uydurub, babalını da qoyub məsafənin, zamanın boynuna. Daha deməyib ki, hamı bir deyil, fərqli xasiyyətlər, fərqli ürəklər var. Uzaqlaşdıqca yaxınlaşanlar, gözdən iraq olduqca ürəkdə daha möhkəm yuva quranlar var... Bir də o var ki, kimi unutmağımız, kimə bir yolluq bağlanmağımız da özümüzdən asılı olmur çox vaxt. Həsrətində olduğumuz qaçaq düşür bizdən, görmək belə istəmədiyimiz qaratikan kimi yolumuzun üstündə bitir həmişə. Bir az da dərindən düşünəndə anlayırsan ki, ömrümüz elə görüşlərdən və ayrılıqlardan başqa bir şey deyilmiş. Görüş həyəcanı bitməmiş ayrılıq yanğıları, sızıltıları sarılır vücuduna. Həsrətdən, nisgildən közə dönən bağrımızın, yastığa enməyən başımızın bir qəsbkarı var: bir zaman ömrümüzdə olub, sona qədər yanımızda qalmayanlar... Qınamaq da olmur kimsəni. Dedim, axı, istədiklərimizlə birlikdə olmaq əlimizdə deyil heç birimizin... Bacarırsan ürəyini ovut, kimsəni günahkar bilmə...
   
   Heç kəs bilmir ki, ömrünü kiminlə, kimsiz başa vuracaq...
   
   
   
   ***
   
   
   
   Cəmi beş-altı ay bundan qabaq anladım hər şeyi. Ağlıma da gəlməzdi ki, vaxtında ona bu qədər bağlanmışam. Uzun illərdi onun da mənim kimi kənddən çıxdığı. Yaxın şəhərlərin birində yaşayırdı. Hərdənbir sorağını alırdım kənddəkilərdən. Ötən ilki yazda... Daha bunun nəyi yaz oldu?! Dedilər... Heç özləri də bilmədilər, nə dedilər, necə dedilər. Elə adi, elə sakit dedilər ki, ...Eh, hardan biləydilər ki...
   
   
   
   Gündüzlərimi bıçaqladılar
   
   Kürəyimin tən ortasından...
   
   
   
    Məndən üç-dörd yaş böyük idi. Yaxın qonşuluğumuz uzaq qohumluğumuzdan qat-qat ötə idi. Uşaqlıqda bir yerdə oynardıq. Ağlımız kəsib söz-söhbət anlayandan sonra da ayrılmadıq. Qamış çəpərin başından məni çağırardı. Qabağına çıxardım. Yaz-yay aylarında evə girməzdik. Ensiz su arxının üstündə sıralanan tut ağaclarının kölgəsində oturardıq. Arada qalxıb budaqları əyər, əllərimiz, dodaqlarımız qaralıb yapışqan olunca ağlı-qaralı tutdan yeyərdik. Söhbətimizin əvvəli də musiqiydi, axırı da. Nə kəndimizdə musiqi məktəbi vardı, nə də bizim musiqi təhsilimiz. Ancaq radioda eşitdiyimiz, televizorda gördüyümüz müğənniləri, xanəndələri təqlid edərdik. Görüşən kimi bir-birimizə ilk sualımız bu olardı: " Səhər radionu açmışdın? Günorta muğamata qulaq asdın? Axşam televizorda konsertə baxırdın?"...
   
   Çox yanıqlı, qeyri-adi səsi vardı. Elə məni ağrıdan, qəlbən sakitləşməyə qoymayan da, onun cavan ömründən bəlkə də daha artıq kimsənin duyub qiymətləndirmədiyi, minlərin, milyonların eşidə bilmədiyi səsi, bir də qəlbində qalan mahnılarıdı. Başqa bir aləmçün doğulmuşdu. Bə bunu onun özündən qabaq mən anlamışdım. Çarəm olsaydı, elə mahnılarda tərənnüm olunan dünyalara aparardım onu. O da oxuyardı. Özü də necə oxuyardı. Hər dəfə gurultulu alqışlardan titrəyən səhnələri görəndə onun öz həyət-bacalarından qırağa çıxmayan səsini xatırlayıram...
   
   Xasiyyəti, rəftarı kimsəyə bənzəmirdi. Sinəsində dopdolu, nigaran, darıxan bir ürək gəzdirirdi. Bu ürək gündoğandan bomboz çöllə, günbatandan sularından balıq iyi gələn axmazın qucağına uyuyan kəndimizdə çox sıxılırdı. Qanadları içində qalan quş kimi çırpınırdı. Bəlkə özü də anlamırdı bu sıxıntının, üzüntünün səbəbini... Sanki içəridən nəsə yeyirdi onu. Getdikcə susqun, qaradinməz olmağa başlayırdı...
   
   Günlərin birində xəstəxanaya düşdü...Kor bağırsağından əməliyyat olundu. Evə dönəndə yanına getdim. Gözlərimə inanmadım... Xəstəxanadan çıxan belə olmur, axı. Nə baş vermişdi?! Özgə birisi olmuşdu bu qız. Yox, elə özü olmuşdu. Sən demə, əslində indiyədək tanıdığımız, gördüyümüz kimi deyilmiş. Rənginin durulduğunu, bir az ətə-qana gəldiyini hamı görürdü. Halını-gününü təkcə mən duyurdum. Heç anası da başa düşmürdü ki, iyirmi il əvvəl doğduğu qız bax, belə olmalıymış. İndiyədək tanıdıqları kimi yox...
   
   İkilikdə qalanda çox şeyləri danışdı mənə. Orada təzə dostlar tapmışdı. Neçə-neçə qızla, oğlanla tanış olmuşdu. Fərqli münasibət, rəftar görmüşdü. Nə istədiyini, nə axtardığını da elə orada anlamışdı...
   
   Evə dönəndə qəlbim çox rahatdı. Bundan sonra qonşu qız yenə də canıyanan, söhbətcil olacaqdı. Yenə mahnılar oxuyacaqdı...Mən də arxayınlıqla imtahanlara hazırlaşacaq, boş vaxtlarımızda görüşüb tut ağaclarının kölgəsində doyunca söhbət edəcək, xalq mahnılarından, muğamatdan, aşıq musiqisindən danışacaq, payız toylarında baş verənləri xatırlayıb xəyallara dalacaqdıq...
   
   Biz öz düşüncələrimizdə, taleyin də qələmi öz işindəymiş. Heç ürəkaçan şeylər yazmaq fikrində deyilmiş bu qələm...Yenə xəstələndiyini eşidib baş çəkdim. Yorğan-döşəkdəydi.Əvvəlki halına dönmüşdü. Sınıxmış, rəngi boğulmuşdu. Gözüyumuluydu, heç mənnən də danışmaq fikri yoxdu, deyəsən. Anası məni görcək ağladı. Bütün günü beləcə lal-mat qaldığını dedi...
   
   Bu halı uzun çəkdi. Lap illərlə. Gah gümrahlaşdı, gah da təzədən naxoşladı...
   
   
   
   Bakıda oxuyanda eşitdim ki, ərə gedib...
   
   
   
   ***
   
   Ötən ilki yazadək onun haqqında düşündüyümü deyə bilmərəm. Bircə o xəbər olmasaydı. Oldu ancaq...
   
   Altı aydı içimdə bir nağıl gəzdirirəm. Heç kəsə yox, ancaq özümə danışıram o nağılı. Səsindən, gülüşündən, ala gözlərindən ötrü darıxıram. Axtarıram. Özünü yox, səsini axtarıram. Niyə belə oldu? Niyə izsiz batdı o səs?! Düz deyil, adil deyil. İtməməliydi, eşidilməliydi, zövq verməliydi, alqışlanmalıydı...
   
   Bu dünyada qalmalıydı o səs...
   
   Deyirlər, kosmosda heç nə itmir...
   
   Yeganə təsəllim də elə budu...
   
   
   
   Qabar bağlamış dilimdə
   
   Sevda nağılı
   
   Əlimdə dəmirdən əsa,
   
   Didəcəyəm
   
   Zülmət dünyasında
   
   Zəncirlənmiş yuxularımı
   
   Səni axtara-axtara.
   
   Ovcuma yığıb
   
   Aparacağam gülüşlərini
   
   Qar çiçəklərinə...
   
   Yaz gələndə hərəsi;
   
   Yarımçıq qalan mahnımı
   
   Oxuyub küləklərə,
   
   Sonra da,
   
   Əbədi boynu buruq
   
   Qalsınlar deyə.


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-20
2019-05-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK